Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Putinin səfərbərlik qərarı barədə nə deyirlər?

Tarix:22-09-2022, 20:57 Baxış Sayı:84

Putinin səfərbərlik qərarı barədə nə deyirlər?

Ukraynada müharibə davam edərkən Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

“Ölkəmizin ərazi bütövlüyü təhdid edilirsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”, o çıxışında deyib.

Səfərbərlik qərarı nəyi dəyişəcək?

BBC-nin diplomatik işlər üzrə müxbiri Paul Adams hesab edir ki, hətta müəyyən hərbi təcrübəsi olan ehtiyat qüvvələri səfərbərliyə almaq, onları təchizatla təmin etmək və döyüş qrupları yaratmaq aylar tələb edir.

Onun sözlərinə görə, Rusiya yaradılan yeni qüvvələri hissə-hissə döyüş bölgəsinə göndərməsə, onlar yaz aylarınadək müharibəyə cəlb edilməyəcək.

Müharibənin 7 ayı ərzində Rusiyanın böyük təchizat itkisi yaşadığını deyən Paul, Moskavanın yeni qüvvələri zəruri təchizatla təmin etməkdə çətinlik çəkəcəyi qənaətindədir.

Onun fikrincə, Ukrayna Qərbin mükəmməl texnikasından istifadə edərək, Rusiyanın silah-sursat anbarlarını partladıb, komando məntəqələrini darmadağın edib və arxa cəbhədə yerləşən hərbi bazalarını göyə sovurub.

“Kreml hazırda silahlı qüvvələri zəruri hərbi ləvazimatlarla təmin edə bilmir və ordunun mənəvi vəziyyəti də aşağıdır”, – Paul Adams deyib.

Guardian nəşrinin xarici xəbərlər üzrə müxbiri Luke Harding isə hesab edir ki, qismən səfərbərlik Rusiya ordusundakı canlı qüvvə qıtlığını aradan qaldıra bilməyəcək.

“Eyni zamanda biz Vladimir Putini vəzifədən uzaqlaşdırmaq üçün oliqarxların, generalların və Kreml rəsmilərinin saray çevrilişi edəcəyini gözləyirik. Təəssüf ki, bu baş verməyəcək”, – Harding bildirib.

Putinin səfərbərlik elanından sonra aviabiletlər sürətlə satıldı

Təyyarələr

Rusiya liderinin səfərbərlik haqqında bəyanatının ardınca bəzi istiqamətlərə satılan aviabiletlər yoxa çıxıb. Onların arasında rusların vizasız uçduğu İstanbul və Yerevan da var.

Bu gün həmin şəhərlərə birbaşa uçuşlar üçün biletlərin olmadığı bildirilir. Hərçənd ki, onların nə vaxt alındığını demək mümkün deyil.

Bununla yanaşı, Tbilisi də daxil, birbaşa olmayan uçuşlar üzrə biletlər də əlçatan deyil. Digər istiqamətlərə isə qiymətlər bahalaşıb.

Moskvadan Dubaya ən ucuz biletlər 300 000 rubl (8,403 AZN) həddini keçib. Bu, Rusiyanın orta aylıq əmək haqqının təxminən beş mislidir.

Google Trends biletlərin satışı üzrə Rusiyanın populyar Aviasales saytına daxil olan axtarışların sayında kəskin artımın olduğunu göstərir, Reuters agentliyi xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin “ərazi bütövlüyünü” qorumaq üçün “qismən səfərbərlik” elan edib.

O, səfərbərliyin “yalnız orduda xidmət keçmiş və hərbi ehtiyatda olan vətəndaşlara” aid olduğunu deyib. Lakin bu qərar kişilərin ölkədən çıxışına məhdudiyyətlərin qoyulacağı ilə bağlı qorxular yaradıb, BBC təhlilində deyilir.

Putinin bəyanatı “narahatedici eskalasiyadır”

Böyük Britaniyanın xarici işlər naziri Gillian Keegan Vladimir Putinin Qərbi çoxlu silahlara malik olması ilə təhdid etməsini “dəhşətli” adlandırıb. Lakin o, Putinin müraciətinin “yalanlarla dolu olduğunu” bildirib.

“Bu çox ciddi təhdiddir, ancaq daha əvvəl dəedilmiş hədə-qorxulardan biridir”, – Britaniyalı nazir deyib.

Gillian Keegan Rusiyanın ehtiyatda olan qüvvələrinin bir hissəsinin səfərbərliyə alınmasını “narahatedici eskalasiya” kimi şərh edib.

Bununla belə, o, Ukrayna müharibəsinin diplomatik yolla həllinə davam edəcəklərini bildirib.

Rusiya ordusu “güclü təzyiqlə” üzləşib

Vladimir Putinin televiziya ilə müraciətindən əvvəl Böyük Britaniyanın müdafiə nazirliyi bildirib ki, Rusiya Ukrayna ilə müharibədə “canlı qüvvə qıtlığı” yaşayır.

Qurumun açıqlamasına görə, Ukraynanın işğal edilən ərazilərində Rusiyanın təcili “referendum” seçkisi elan etməsi Ukraynanın “əks-hücumlarından qorxuya düşməsindən irəli gəlir”.

Britaniyanın Müdafiə Nazirliyi Tweeter hesabında bildirib ki, Rusiya Dövlət Duması sentyabrın 20-də ordudan yayınmalarla bağlı cəzaların müddətinin uzadılmasına qərar verib.

“Bu addım böyük ehtimalla ordudakı fərarilik və ya hərbi xidmətdən imtinanı azaltmaq məqsədi daşıyır”, – nazirliyin bəyanatında qeyd olunub.

Britaniya hökumətinin müdafiə məsələləri üzrə katibi Ben Wallace deyir ki, Putinin səfərbərlik haqqında qərarı əslində onun Ukraynanı işğal planlarının uğursuzluğa düçar olduğunu göstərir.

“Qismən səfərbərlik zəiflik əlamətidir”

ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink Tweeter hesabında Putinin qərarını “zəiflik əlaməti” adlandırıb.

“Saxta referendum və səfərbərlik zəiflik əlamətidir”, – o qeyd edib.

Səfir əlavə edib ki, ABŞ heç vaxt Rusiyanın “zor gücü ilə ilhaq edilən Ukrayna ərazisinə qarşı iddialarını tanımayacaq və hər zaman Ukraynanın yanında olacaq”.

“Ukraynalılar vəhşiliyə məruz qalır”

Papa Francis həftəlik müraciətində Ukraynadakı müharibəyə toxunaraq Ukrayna xalqının vəhşilik və işgəncələrə məruz qaldığını bildirib.

O, çıxışında Rusiyanın adını çəkməyib, lakin ukraynalıları “şəhid olan nəcib xalq” adlandırıb.

Charles Michel

Avropalı liderlərin reaksiyası

Avropalı liderlər Putinin Ukraynada döyüşmək üçün ehtiyat qüvvələri səfərbərliyə çağırmasını “vəziyyətin daha da gərginləşməsi” kimi təsvir ediblər.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Rusiyanın qismən səfərbərlik elan etməsi ilə bağlı mövqeyini Tweeter hesabında bölüşüb.

O bildirib ki, “bu müharibədə bir aqressor – Rusiya və bir aqressiyaya məruz qalan ölkə – Ukrayna var. Avropa İttifaqı Ukraynaya dəstək vermək missiyasına sadiqdir”.

Reuters agentliyi Almaniya kanslerinin sözçüsünə istinadən bildirib ki, Kansler Olaf Scholz Rusiyanın qismən səfərbərlik qərarını “Moskvanın Ukraynaya qarşı hücumda uğurlu olmaması” kimi qiymətləndirib.

Çex Respublikasının Baş naziri Petr Fiala deyib ki, Rusiya bu addımı ilə “təcavüzkar olduğunu bir daha sübut edir”. Bununla belə, o, Ukraynaya göstərilən yardımların davam etməli olduğunu bildirib.

Niderlandın Baş naziri Mark Rutte isə Rusiyanın səfərbərlik və referendum planlarını “təşviş” kimi şərh edib.

Rusiya üçün qismən səfərbərlik nə deməkdir?

Səfərbərlik hərbi qüvvələrin bir yerə cəmlənməsi və aktiv döyüş hazırlığına gətirilməsi deməkdir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə, səfərbərliyə çağrılan 300 min ehtiyatda olan hərbçi ölkənin ümumi səfərbərlik resursunun 1 faizini təşkil edir.

Rusiyanın 2 milyona yaxın canlı ehtiyat qüvvəsinin olduğu təxmin edilir. Bu insanlar ölkədə məcburi olan hərbi xidmət keçmiş şəxslərdir.

Şoyqu tələbələrin səfərbərliyə çağrılmayacağını bildirib.

“Qismən səfərbərlik kütləvi faciə olacaq”

Rusiya müxalifətinin hazırda həbsdə olan əsas fiquru Aleksey Navalnı qismən səfərbərliyin ölkəni “kütləvi faciəyə” aparacağını deyib.

Həbsxanadan yolladığı video müraciətedə bildirib ki, “bu qərar onun (Putinin- red.) şəxsi gücünü qoruması naminə kütləvi faciə, kütləvi ölümlə nəticələnəcək. Putin qonşu ölkənin ərazisinə girdi insanları öldürdü və indi də böyük sayda rus vətəndaşlarını müharibəyə göndərir”.

Navalnı Rusiya daxilində Putini ən çox tənqid edən şəxsdir. Fırıldaqçılıq və məhkəməyə hörmətsizlikdə günahlandırılan Navalnı 11 il 6 ay həbs cəzası alıb. Lakin o, ittihamlarla razılaşmayaraq, məhkəmə qərarının onun siyasi ambisiyalarını və ölkədə fərqli fərqli düşüncə mühitini boğmaq məqsədi daşıdığını bildirib.

Bbc

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL