Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Taktiki nüvə silahları nədir və Rusiya onlardan istifadə edə bilərmi? 5 suala cavabda

Tarix:26-09-2022, 09:08 Baxış Sayı:79

Taktiki nüvə silahları nədir və Rusiya onlardan istifadə edə bilərmi? 5 suala cavabda

Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Bu sözlər Rusiya Prezidentinin Ukraynada kiçik “taktiki” nüvə silahının mümkün istifadəsi ilə bağlı dünya boyunca ciddi narahatlığa səbəb olub.

ABŞ Prezidenti Joe Biden Putinə xəbərdarlıq edərək, bunun İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli hərbi eskalasiya olacağını deyib.

Rusiya ordusu Ukraynada taktiki nüvə silahından istifadə edə bilərmi və bunun nəticələri nə ola bilər?

Taktiki nüvə silahları nədir?

Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır.

Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər.

Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir (yəni partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil).

Ən böyük taktiki nüvə başlığı 100 kilotona qədər ola bilər.

Strateji nüvə silahları daha güclüdür – 1000 kilotona qədər. Onlar həmçinin minlərlə kilometr məsafədə istifadə olunur.

Tarixdəki ən güclü termonüvə partlayışı – Sovet Çar Bombası – 58 meqatondan çox idi. Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub.

Rusiyanın hansı taktiki nüvə silahı var?

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var.

Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər.

TNS üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır.

ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb.

TNS indiyədək istifadə olunubmu?

Su-24Şəklin alt yazısı,Taktiki nüvə silahlarını daşıya bilən Su-24 təyyarəsi

Taktiki nüvə silahları hərbi münaqişədə heç vaxt istifadə olunmayıb.

ABŞ və ya Rusiya kimi nüvə gücləri hesab edirlər ki, adi müasir silahlar taktiki məqsədlərə nail olmaq üçün kifayət edir.

Bundan əlavə, indiyədək heç bir nüvə dövləti taktiki nüvə silahlarından istifadə etməklə nüvə müharibəsi riskinə getmək istəməyib.

Bununla belə, Rusiya strateji raketlərdənsə, TNS-lərin istifadəsinə daha meylli ola bilər.

“Ola bilsin ki, onlar bunu nüvə silahından istifadə həddini keçmək kimi görmürlər, – Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Chatham House Kral İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının rəhbəri Patricia Lewis deyir. – Onlar üçün bu, adi silahların bir hissəsidir”.

Putinin nüvə silahından istifadə etməsi ehtimalından narahat olmalıyıqmı?

Rusiya Prezidenti Vladimir Putin

2022-ci ilin fevralında, Ukraynanın işğalından az əvvəl Vladimir Putin Rusiyanın strateji nüvə qüvvələrini (RSNQ) “xüsusi döyüş vəziyyətinə” gətirilməsinə dair əmr verib və strateji nüvə qüvvələrinin təlimlərini keçirib.

“Ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”, – Putin bu həftə nüvə silahları məsələsinə toxunaraq deyib.

Rusiya Ukraynanın cənubunda və şərqində tutduğu rayonları ilhaq etməyi planlaşdırır. Bunun üçün orada Kiyev və Qərb tərəfindən qeyri-legitim tanınan “referendumlar” keçirilir ki, bunun nəticəsində Kreml yəqin ki, bu ərazilərin Rusiyaya birləşdirildiyini elan edəcək.

Bununla bağlı Prezident Putin bəyan edir ki, o, ölkənin “ərazi bütövlüyünü” (o cümlədən Ukraynanın qanunsuz ilhaq edilmiş rayonlarını) “hər bir vasitə ilə” müdafiə etməyə hazırdır.

Amerika kəşfiyyatı hesab edir ki, Putin belə bir yolla Qərbin Ukraynaya kömək etməsini dayandırmağa çalışır.

Digərləri isə qorxurlar ki, Rusiya müharibədə növbəti uğursuzluqlarla üzləşərsə, Ukraynada “oyun qaydalarını dəyişmək”, dalandan çıxmaq və nəticədə məğlubiyyətdən yayınmaq üçün taktiki nüvə silahlarından istifadə edə bilər.

“Belə bir şəraitdə Putinin nüvə silahından istifadə edəcəyi ilə bağlı narahatçılıq üçün hər cür əsasım var. Çox güman ki, o, Ukrayna ərazisində, hamını qorxutmaq və istədiyinə nail olmaq üçün tətbiq oluna bilər. Lakin biz hələ ki, o həddə çatmamışıq”, – ABŞ-ın Carnegie Fondunun nüvə enerjisi üzrə eksperti James Acton deyir.

ABŞ necə reaksiya verir?

ABŞ Prezidenti Joe Biden Rusiyanı nüvə silahından istifadə etməməyə çağırıb.

CBS News-a verdiyi müsahibədə Biden deyib ki, bu cür hərəkətlər İkinci Dünya müharibəsindən bəri “müharibənin simasını” heç bir şeyə bənzəməyəcək “şəkildə dəyişəcək”. Onun sözlərinə görə, bunun “nəticələri olacaq”.

ABŞ və NATO-nun nüvə silahının istifadəsinə necə reaksiya verəcəyini söyləmək çətindir. Bir tərəfdən, onlar tammiqyaslı nüvə müharibəsinin başlanması riskindən yayınaraq, münaqişəni daha da gərginləşdirmək istəməyə bilərlər. Digər tərəfdən, onlar baş verənlərə son qoymaq istəyə bilərlər.

Başqa bir ölkə – Çin Rusiyanı taktiki nüvə silahından istifadə etməkdən çəkindirə bilər. London Kral Kollecinin atom enerjisi üzrə eksperti Heather Williams “Rusiya Çinin dəstəyindən çox asılıdır” deyir.

Onun sözlərinə görə, Çinin “nüvə doktrinası” silahdan birinci istifadə etməməyi nəzərdə tutur.

“Ona görə də Putin TNS-dən istifadə etsəydi, Çin üçün onu dəstəkləmək çətin olardı. Əgər o, [Putin] belə bir silahdan istifadə etsə, çox güman ki, Çini itirəcək”, – Heather Williams deyir.

Pavel Aksyonov,

BBC Rus Xidmətinin hərbi təhliçisi

Dünyada Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalına münasibət çox ciddidir, baxmayaraq ki, əksər ekspertlər Rusiyanın ondan istifadə etməyəcəyinə inanır.

Sadəcə olaraq, belə bir işin nəticələri o qədər böyük və təhlükəlidir ki, hətta kiçik bir ehtimal belə onu unutmağa imkan vermir.

Taktiki nüvə silahlarının bir çox növləri var. Buraya gəmi əleyhinə və quruda yerləşən qanadlı və ballistik raketlər, dərinlik bombaları, gəmi və sualtı torpedalar, artilleriya mərmiləri, yüksək partlayıcı nüvə minaları və hətta Moskva A-135 hava hücumundan müdafiə sisteminin tutucu raketləri daxildir.

Xarici dövlətlər onları qeydiyyata almır. Çünki strateji hücum silahları haqqında müqavilə, əməliyyat-taktiki səviyyəli silahları əhatə etmir.

Bu, kifayət qədər effektiv döyüş vasitəsidir, çünki istənilən formada o, böyük gücə malikdir – baxmayaraq ki, strateji nüvə silahları kimi miqyaslı zərər yetirmir.

Keyfiyyət və ya kəmiyyət baxımından dəqiq idarə olunan silahların çatışmazlığını hiss edən bir ordu üçün problemi yeganə güclü zərbə ilə həll etmək şirnikdirici görünə bilər. Məsələn, düşmənin hücum üçün işğal etdiyi ərazini təmizləmək.

Bundan əlavə, güclü strateji döyüş başlığının zərbəsi cavab zərbəni doğura bilər. Ancaq TNS tamamilə fərqli bir məsələdir.

Taktiki silahlar strateji silahlardan daha az dağıntı törədir, həm də kiçik bir partlayışdan sonra radiasiya çirklənməsi o qədər də kritik olmur. Buna görə onu tətbiq edən düşünə bilər ki, qarşı tərəf nəzarətsiz eskalasiyaya yol verməmək üçün eyni addımı atmayacaq. Bütün bu mülahizələr taktiki nüvə silahından istifadə həddini azaldır.

Amma Ukraynada taktiki nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı fərziyyələr (Vladimir Putin sentyabr müraciətində taktiki deyil, strateji nüvə silahlarından danışsa belə) artıq ciddi beynəlxalq reaksiyaya səbəb olur.

9 avqust 1945-ci ildən bəri müharibələrdə nüvə silahından istifadə edilmir. Dünya nüvə müharibəsindən qorxmağa öyrəşib.

Taktiki nüvə silahının tətbiqi elə bir gərginliyinin artmasına çevriləcək ki, bunu hamı hiss edəcək. Çünki nüvə silahından istifadə etməmək prinsipinə əsaslanan strateji sabitlik bütün ölkələrə aiddir. Hətta kiçik nüvə bombasının istifadəsi heç kimin xoşuna gəlməyəcək.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL