Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Ötən həftə (sentyabrın 20-də) Nyu-Yorkda Dövlət katibi Entoni Blinken tərəflərə sülh prosesini necə irəli aparmaq barədə fikir mübadiləsi aparmağı təklif edib”.
Bunu sentyabrın 26-da ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün gündəlik brifinqdə bildirib.
“Turan” agentliyinin Vaşinqtondakı müxbirinin “Tərəflər həqiqətən sülh prosesində maraqlıdırlarmı” sualına Prays belə cavab verib: “Qoy, tərəflər özləri fikir söyləsinlər, bizim üçün iki tərəfi yaxınlaşdırmaq vacib idi”.
“ABŞ ayın sonunda xarici işlər nazirlərinin növbəti görüşü üçün tarix və yer təklif edirmi” sualının cavabında Prays deyib: “Bunu iki ölkə həll edəcək, Ermənistanla Azərbaycan arasında birbaşa qarşılıqlı fəaliyyət təkcə onların maraqlarına yox, həm də regionun və onun hüdudlarından kənarda maraqlara uyğundur”.
N.Prays sonra da deyib: “Güc tətbiqi qəbuledilməzdir və biz bunu açıq şəkildə bəyan etmişik. Şadıq ki, bizim iştirakımız hərbi əməliyyatların dayandırılmasına kömək etdi, çünki bu münaqişənin hərbi yolla həlli yoxdur”.
Bu açıqlamaya, hələlik, tərəflərdən hər hansı münasibət bildirilməyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 20-də Nyu-Yorkda görüşmüşdülər. Ondan sonra ABŞ-dan tərəflərə bir ay ərzində yenidən görüşməklə bağlı çağırış səslənmişdi.
Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin dörd görüşü keçirilib. Sonuncu görüş avqustun sonunda olub. Görüşdə iki ölkə arasında sülh sazişi layihəsi üzərində iş aparmaq üçün xarici işlər nazirlərinə tapşırıq verilməsinə dair razılıq əldə edildiyi açıqlanmışdı. Amma iki həftə öncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onun ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.
Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.