Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ukraynada qondarma referendum bu gün bitir

Tarix:27-09-2022, 08:58 Baxış Sayı:97

Ukraynada qondarma referendum bu gün bitir

Müşahidəçilər səsvermədən sonra gözlənənlərin artıq bəlli olduğunu, 2014-cü ildə Krımın ilhaqı ssenarisinin təkrarlanacağını deyirlər

Sentyabrın 27-də Ukraynanın qismən işğal olunmuş regionlarının Rusiya Federasiyasına birləşdirilməsi üzrə qondarma referendumların son günüdür.

Ukrayna, Qərb və BMT bu referendumları beynəlxalq hüquqa uyğun olmadığını deyərək qurama, saxta adlandırıb.

Səsvermə Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətindən Rusiyanın nəzarətində olan hissələrində təşkil olunub.

Qərb nəticələri tanımayacaq

Qərb bu səsvermənin BMT xartiyasına zidd olduğunu deyir, nəticələri tanımayacağını bildirir. Ukrayna isə sentyabrın 27-də referendumla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.

ABŞ Prezidenti Co Bayden deyib ki, səsvermə “qurama”dır, “Ukraynanın hissələrini güclə ilhaq etmək cəhdi üçün saxta bəhanə”dir.

Sözügedən vilayətlərə Moslvanın təyin etdiyi liderlər ilkin nəticələrin bu gün axşama, yaxud sonrakı günlər bilənəcəyini deyiblər.

Bundan sonra Rusiyada deputatlar dörd ərazinin ilhaqını səsverməyə çıxaracağı, sonra isə Prezident Vladimir Putinin nəticələri imzalayacağı gözlənir.

Bir çox hallarda seçki rəsmiləri səsvermə qutularını Rusiya hərbçilərinin müşayiətilə evlərə aparıblar. Rəsmilərin sözlərinə görə, səsvermə məntəqələri təhlükəsizlik səbəblərindən yalnız sentyabrın 27-də açıq olacaq.

Britaniya Müdafiə Nazirliyinin sentyabrın 27-də bildirdiyinə görə, Putin sentyabrın 30-da parlamentə müraciətində Ukraynanın işğal olunmuş vilayətlərinin Rusiyaya ilhaqını elan edə bilər.

Tələskənliyin səbəbi

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya bu ay Ukraynanın həm şərqində, həm də cənubunda ciddi geriləmə yaşayıb. Müşahidəçilərin fikrincə, Putin bu səbəbdən əldə etdiyi mövqeləri möhkəmləndirməyə tələsir.

Müşahidəçilər səsvermədən sonra gözlənənlərin artıq bəlli olduğunu, 2014-cü ildə Krımın ilhaqı ssenarisinin təkrarlanacağını deyirlər.

Putinin ölkədə qismən səfərbərlik elan etməsi isə etirazlara səbəb olub, minlərlə rusiyalı kişi qonşu ölkələrə qaçıb.

Sentyabrın 26-da Britaniya hökuməti 92 rusiyalı fərdi və qurumu səsvermədəki müxtəlif rollarına görə sanksiya siyahısına salıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL