Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Suriya müxalifəti “Tabqa şəhərini ələ keçirib”

Tarix:11-05-2017, 12:03 Baxış Sayı:190

Suriya müxalifəti “Tabqa şəhərini ələ keçirib”

Suriyalı kürd və ərəb döyüşçülərinin alyansı elan edib ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarətində olan strateji əhəmiyyətli şəhəri ələ keçiriblər.

Suriya Demokratik Qüvvələri (SDF) bildirib ki, onlar İD istinadgahı sayılan Raqqadan 40 km-lik məsafədə olan şəhəri və onun ətrafındakı bəndi “tamamilə azad ediblər”.

Bu xəbər ABŞ-ın Suriyadakı Kürdlərin Xalq Müdafiəsi Bölmələrinin (YPG) üzvlərini silahlandırmaq barəsində verdiyi qərardan bir gün sonra yayılıb.

Qərar Türkiyənin narazılığına səbəb olub.

Türkiyə Suriya Kürd Xalqının Müdafiə Bölmələrini (YPG) 1984-ci ildən Türkiyənin daxilində döyüşən Kürd PKK qrupu ilə əlaqəli terrorçu qrup kimi nəzərdən keçirir.

Prezident Recep Tayyip Erdoğan deyib ki, cihadçılara qarşı mübarizəyə “daha bir terror qrupu” cəlb edilməməlidir.

Lakin Vaşinqton bununla razılaşmır və iddia edir ki, SDF-nin kürd və ərəb döyüşçülərinin alyansına rəhbərlik edən YPG ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələrinin köməyi ilə son iki ildə şimali Suriyada təxminən 6 min kvadrat km ərazidən ekstremistləri uzaqlaşdırıb.

ABŞ bildirir ki, bu qüvvələr Raqqanın ələ keçirilməsi üçün gərəklidir.

Pentaqon əvvəllər SDF-nin yalnız ərəb elementlərini silahlanıb.

YPG sözçüsü Redur Xelil bildirib ki, ABŞ-ın qərarı İD-lə mübarizə aparan bütün qüvvələrə “güclü təkan verəcək”. O, həmçinin qərarın “bir qədər gec” verildiyini də qeyd edib.

Əgər SDF qüvvələri Tabqa-da qalib gəlibsə, bu, Raqqaya yeni marşrut açacaq, BBC Dünya Xidmətinin Yaxın Şərq redaktoru Alan Johnston bildirib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL