Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Öndərin simasına kölgənin düşməsi də qanunsuzdur”

Tarix:22-06-2017, 14:38 Baxış Sayı:195

“Öndərin simasına kölgənin düşməsi də qanunsuzdur”

2016-cı ilin yanvarında Şimali Koreyaya səfər edən 21 yaşlı amerikalı tələbə Otto Warmbier guya qaldığı otel otağında üzərində ölkənin keçmiş lideri Kim Jong-il-in portreti olan təbliğat plakatını qopardığına görə həbs edilmişdi. Bu «cinayət»ə görə onu 15 illik həbs cəzasına məhkum etmişdilər. Tələbə həbsdə 17 aydan bir qədər çox vaxt keçirib. Bundan sonra o, naməlum səbəbdən komaya düşüb. Həbsdən buraxılandan cəmi bir həftə sonra – iyunun 19-da isə özünə gəlmədən ABŞ-da xəstəxanada dünyasını dəyişib.

Rusiyalı kinorejissor Vitaly Mansky özünün «Günəş şüaları içində» adlı sənədli filmini çəkərkən bir ilə yaxın Şimali Koreyada olub. Rejissor əmindir ki, 21 yaşlı amerikalıya bu qədər sərt cəza vermiş Şimali Koreya hökuməti cinayətin ağırlığını dəyərləndirərkən tamamilə səmimi olub. Belə ki, yerli qaydalara görə, o, həqiqətən də müqəddəs bir şeyi oğurlamağa cəhd edib.

«ONU NECƏ OĞURLAMAQ OLARDI…»

CurrentTime.TV-yə müsahibə verən V.Mansky Şimali Koreyaya səfər edən şəxsin qətiyyən etməməli olduğu şeylərdən danışıb:

«Nəyisə oğurlamaq yetərincə çətindir. Xüsusən də söhbət təbliğat materialından, üzərində öndərin portreti olan plakatdan gedirsə. Onlar bu təsvirlərin üzərində xüsusi həssaslıqla əsirlər. Onu necə oğurlamaq olardı, təsəvvür edə bilmirəm.

Şimali Koreyada necə film çəkmək olar: orada hər yerdə üzərində sonu görünməyən yazılar olan çox uzun şüarlar var. Şüar kadra tam girməsə, həmin ərazidə şəhərin mənzərəsini və ya hər hansı bir səhnəni çəkmək olmaz. Kadrda şüarın fraqmenti ola bilməz! Bu mənada o, əlbəttə ki, o qədər də ağıllı olmayan hərəkət edib».

Rejissorun sözlərinə görə, şimali koreyalının baxış bucağından baxanda, amerikalı tələbə həqiqətən də dəhşətli adamdır.

ÖNDƏRİN SİMASIYLA BAĞLI GÜLLƏR

Bəs şimali koreyalıların həyatı barədə o qədər də bilgili olmayan adi bir adamın, məsələn, turistin bu ölkədə edə biləcəyi hansı hərəkətlər eyni reaksiyaya səbəb ola bilərdi?

«Onların öndərlərinə hörmətsizlik kimi qəbul edilə biləcək hər hansı hərəkət ən mənfi reaksiyaya səbəb olacaq. İş həbsə və s. qədər gedib çıxa bilər», – V.Mansky deyir.

Rejissorun dediyinə görə, özü də bu, hansısa xüsusi xidmət orqanlarının işi deyil, istənilən yerli adam bu emosiyaları yaşaya bilər.

«Özü də bu, təkcə öndərin simasıyla bağlı deyil. Onlarda iki çiçək var. Bu çiçəklərin təsviri öndərin simasına bərabər tutulur. Hesab edilir ki, bu çiçəklər öndərlərin şərəfinə yetişdirilib, yaxud da onları öndərlər yetişdirib – dəqiq xatırlamıram», – rejissor deyir.

Həqiqətən də, Şimali Koreyada Kimçeniriya və Kimirseniya adlı iki çiçək öndərlərin şərəfinə yetişdirilib və onların simasını tərənnüm edir.

FOTO, YA VİDEODA DA ÜZƏRİNƏ KÖLGƏ DÜŞMƏMƏLİDİR

«O plakatları divardan çıxarmaq mənim heç ağlıma da gəlməyib. Onlara görə bu, əsl ağılsızlıqdır. Ancaq hətta bu plakatları foto və ya videoya çəkəndə belə, onların üzərinə kölgə düşməməlidir. Çünki bu, öndərin simasına düşən kölgə deməkdir. Bu, qeyri-təbii və qeyri-qanunidir», – deyə V.Mansky izah edir.

Rejissorun sözlərinə görə, Şimali Koreyada hər hansı bir «turizm Məkkəsi»ndən söhbət gedə bilməz. Bu ölkədə son dərəcə az turist gözə dəyir:

«Bu turistlər də əsl turistlər deyil. Bu, ora nə üçün getdiklərini dəqiq anlayan insanlardır. Bu ölkəyə daxil olmaq çox çətindir. Heç bir xidmət yoxdur. Çox böyük xərc tələb olunur. Hətta Şimali Koreyanın iki əsas xarici siyasi tərəfdaşından biri sayılan Rusiya ildə cəmi 500 KXDR vizası alır». 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL