Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Xameneyi Ruhanini niyə lağa qoyub?

Tarix:23-06-2017, 12:05 Baxış Sayı:189

Xameneyi Ruhanini niyə lağa qoyub?

“The Guardian” yazır ki, Həsən Ruhani böyük səs çoxluğu ilə ikinci müddətə prezident seçiləndən bəri İranın ali rəhbəri Əli Xameneyi ilə onun arası deyəsən dəyib.

Həmin vaxtdan bəri 78 yaşlı Ayətullah Xameneyi islahatpərəst prezidentin tənqidini kəskinləşdirib.

İş o yerə çatıb ki, ali rəhbər, prezidenti ölkənin ən vəzifəli şəxsləri ilə görüşündə alçaltmaqdan belə çəkinməyib.

Bəzi mülahizələrə görə Xameneyi bu seçkidə səs-küysüz olaraq Ruhaninin rəqibi Ebrahim Rəisini dəstəkləyirmiş.

Amma son seçkidə öz mandatını əlavə olaraq 5 milyon səslə gücləndirən Ruhani də Xameneyinin qabağından qaçmayıb və elə bu həftə onun cavabını verib.

O deyib ki, dini liderin legitimliyi “xalqın iradəsi və istəyi ilə reallaşır”.

Belə görünür ki, Ruhaninin atmacası Xameneyinin mühafizəkar tərəfdarlarını yamanca tutub.

Xameneyiyə rəğbətli olanlar deyirlər ki, dini liderin legirimliyi ilahidən, yəni velayəti-fəqihdən gəlir.

Bundan əvvəl Ruhaninin özü, baş prokuror, ədliyyə başçısı və parlament spikerinin də iştirak etdikləri müşavirədə Xameneyi deyib:

“Cənab prezident burada dedi ki, filan iş görülməlidir, besman iş görülməlidir və sair. Belə bir sual doğur: Kim görməlidir bu işləri? Əlbəttə onun özü”.

İclasın bu hissəsinə aid videoda bütün salonun qəhqələrə qərq olduğu görünür. Bu kadrlarda Ruhani də bir az pərt halda gülümsəməyə məcbur olur.

Xameneyi daha sonra davam edir: “1980-1981-ci illərdə prezident cəmiyyəti iki düşərgəyə qütbləşdirəndə, ölkəni tərəfdar və əleyhdarlarına böləndə nə olmuşdu? Buna bir də yol vermək olmaz”.

St Andrews Universitetinin İran Tədqiqatları İnstitutunun direktoru Əli Ənsari deyib ki, bu yolla Xameneyi Ruhaninin getdikcə artan populyarlığına pərsəng vurmağa çalışır.

Ekspert deyir ki, ali rəhbər belə seçki nəticəsindən narazı qalıb və indi bu şəkildə vəziyyətə nəzarəti əldə saxladığını göstərir.

“O Ruhaniyə demək istəyir ki, gedib öz qutusuna girsin” – deyir ekspert, – Maraqlıdır ki, Ruhani də dirənıb”.

Universitet professorları ilə görüşündə Ruhani Məhəmməd peyğəmbərin kürəkəni, sünnilər arasında da hörmətə malik mötəbər şiə fiquru Əli ibn Abutalibdən sitat gətirib. İmam Əli yalnız xalq dəstəyinə əmin olduqdan sonra xəlifəliyi qəbul etmişdi.

Ruhani deyib ki, “biz seçki keçirəndə Qərb dəyərlərinin arxasınca düşmürük, adamların arxasınca düşürük”.

“Biz elə bir dinə ibadət edirik ki, onun imam Əlisi liderliyini xalqın iradəsi və səsi üzərində qurmuşdu” – deyib prezident.

Bu, bir növ Ruhani tərəfdarlarını “Qərb dəyərlərini, o cümlədən məktəblərdə homoseksuallığı təbliğ etməkdə” günahlandıran Xameneyiyə kəskin cavab idi.

“The Guardian” yazır ki, Ruhanidən əvvəlki prezidentlər də hakimiyyətlərinin ikinci müddətində Xameneyi ilə münasibətlərinin korlanmasının şahidi olublar. Bu mənada hətta mühafizəkar prezident Mahmud Əhmədinejad da istisna təşkil etmir.

Ənsari deyir ki, Xatəmi və Rəfsəncani Ruhanidən daha diplomatik idilər, lakin elə onlar da ikinci müddətlərində eyni vəziyyətə düşmüşdülər.

Bununla belə İranda seçkili kəsimlə seçkisiz kəsim arasındakı qarşıdurma məhz Ruhaninin dövründə daha gərgin şəkil alıb.

Ənsari deyir ki, Xameneyinin Ruhanini bu qədər açıq tənqid etməsi maraqlıdır.

“O lap şəxsi-qərəzliyə keçib. Ruhaniyə işarə vurub ki, “get öz işinlə məşğul ol” və hamı da onun bu sözlərinə qəhqəhə çəkib. Bu, bir növ mühafizəkarlara Ruhaninin üstünə getmələri üçün yaşıl işıq yandırmaqdır”.

“The Guardian” xatırladır ki, İranda heç də bütün prezidentlər ikinci müddətlərini axıradək başa vura bilməyiblər.

İranın inqilabdan sonrakı ilk prezidenti Əbülhəsən Bənisədr dini isteblişmenti yerində oturtmağa çalışırdı.

Amma onu sonunda impiçment etmişdilər.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL