Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Britaniyalıların 60%-i AB vətəndaşlığını saxlamaq istəyir

Tarix:4-07-2017, 13:28 Baxış Sayı:228

Britaniyalıların 60%-i AB vətəndaşlığını saxlamaq istəyir

Hər 10 britaniyalıdan altısı Avropa Birliyindən çıxandan (Brexit) sonra quruma üzvlüyünü saxlamaq istəyir. Buraya AB-də yaşamaq, işləmək və səyahət hüquqları daxildir. Hətta britaniyalıların çoxu bundan ötrü böyük məbləğ ödəməyə belə hazırdır. Bunu London İqtisadiyyat Məktəbinin (LSE) apardığı tədqiqat üzə çıxarıb.

«The Guardian» qəzeti yazır ki, hüquqların saxlanmasını 18-24 yaşlılar daha çox dəstəkləyir. Onların 85%-i Britaniya vətəndaşlığından əlavə AB vətəndaşlığını da saxlamaq istəyir. Londonda yaşayanların 80%-i də eyni hüquqların saxlanmasını arzulayır.

400 FUNT STERLİNQDƏN ÇOX ÖDƏMƏYƏ HAZIRDIRLAR

Bu arada baş nazir Theresa May-ə biznes qruplarından və parlamentin hər iki palatasında AB-də qalmaq tərəfdarı olan siyasətçilərdən təzyiqlər artır. Elə Avropanın qalan yerlərindən mədəniyyət xadimləri də onu «sərt Brexit» planlarından əl çəkməyə, AB ilə güclü ticarət və digər əlaqələri nəzərdə tutan razılaşmanı dəstəkləməyə çağırırlar. Böyük Britaniyanın AB-dən 2019-cu ildə çıxması planlaşdırılır.

Tədqiqat üzərində LSE-də siyasi elm və Avropa siyasəti üzrə professor Michael Bruter və həmkarı Sarah Harrison işləyiblər. Layihə «Opinium» sorğu şirkətiylə birlikdə gerçəkləşdirilib.

Bruter-in fikrincə, bu tədqiqat, özəlliklə, gənclərin AB-də hüquqlarının itirilməsi perspektivindən məmnun olmadıqlarını üzə çıxarıb.

«Həmin hüquqları saxlamaqdan ötrü indikindən də çox ödəməyə hazırdırlar», – o söyləyib.

KOMMUNİKE YAYILACAQ

Bu həftə Avropanın tanınmış mədəniyyət, elm və təhsil xadimlərinin sərt Brexit-in Britaniyaya və Avropanın qalan hissəsinə vuracağı ziyanla bağlı bəyanat yayacağı gözlənir. İki səhifəlik kommunikeni «British Council» iyulun 4-də dərc edəcək. Britaniya Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi şura referendumdan sonra bildirmişdi ki, Avropanın digər ölkələri ilə tərəfdaşlığı davam etdirməyin yollarını tapacaq.

Mühafizəkarlardan keçmiş baş nazir müavini Michael Heseltine deyir ki, ictimai rəy getdikcə Brexit əleyhinə yönəlir, çünki bu prosesin ölkəyə vuracağı ziyanın miqyası getdikcə daha çox aydınlaşır.

«Bu planı diqqətlə təhlil edərək konstitusion borcumuzu yerinə yetirəcəyik», – deyən Heseltine parlamentin Lordlar və İcmalar palatalarında qarşıdurmaların yaranacağını istisna etməyib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL