Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ölkəsinin hərbi dəniz donanmasına məxsus yeni doktrina açıqlayıb ki, bu sənədə əsasən ABŞ Rusiyanın dünya sularında başlıca rəqibi kimi qeyd olunur. Rusiya donanmasını “strateji çəkindirmə siyasətinin ən effektiv vasitələrindən” biri kimi dəyərləndirən doktrina konkret olaraq, Şimal Buzlu Okeanında ABŞ və onun müttəfqlərinin hərbi mövcudluğunu hədə kimi görür. “Rusiya Federasiyası böyük hərbi donanma dövləti olaraq, öz statusunu qoruyub saxlayır və dünya okeanları boyu öz milli maraqlarını qorumaqda qətidir,” sənəddə deyilir, və əlavə olunur ki, “başqa ölkələr” Rusiyanın dənizlərdəki təbii sərvətlərə çıxışını məhdudlaşdırmağa çalışır.
Rusiyanın özünün təhlükə qarşısında hiss etməsi müəyyən mənada təbii tarixi fenomen kimi dəyərləndirilə bilər. Əsaslı yaxud əsassız, Monqol istilasından bəri Rusiyada xarici hərbi təhlükəyə qarşı ifrat sayıqlıq – ən azı belə bir iddiada yeni bir şey yoxdur. Yeni olanı Qərbin, konkret olaraq son yarım əsrdə yarı-pasifist mövqe sərgiləyən Avropa dövlətlərinin Rusiya ilə münasibətlərində müşahidə edilən dəyişikliklərdir.
Qərbi Avropada cərəyan edən son prosesləri “hərbi renessans” adlandırır. Onun sözlərinə görə, bu ayın əvvəlində Böyük İyirmiliyin Hamburqdakı sammitində Qərb dövlətlərinin Rusiyanın daxili siyasətlərinə qarışmaq cəhdlərinin qarşısını almaq yollarını aradıqları müşahidə olunurdu. “Ancaq bağlı qapılar arxasında ABŞ və Avropa hərbi qüvvələri Prezident Vladimir Putin və Moskvanın aqressiv yeni hərbi doktrinasına qarşı effektiv şəkildə uyğunlaşmağa başlayıblar,” Apps yazır.
Təhlilçinin nəzərincə, Rusiyanın Ukryanaya təcavüzü və Krımı ilhaq etməsi Qərbdə Moskvanın məramları ilə bağlı hesablamaları radikal şəkildə dəyişdirib. Öz növbəsində bu dəyişiklik ABŞ və Avropa hərbi qüvvələrində “inqilabi” dəyişikliyə yol açıb.
“Proses hələ də körpə çağlarını yaşayır. Ancaq artıq aparıcı NATO dövlətləri, ən başlıcası ABŞ əsgərləri, təyyarələri və hərbi gəmiləri Şərqi Avropada daimi mövcudluğunu bərqərar edib,” Apps yazır. ABŞ-ın hərbi və diplomatik rəhbərliyi aydın edib ki, Vaşinqton NATO-nun beşinci maddəsi qarşısındakı öhdəliklərinə ciddi yanaşır. Söhbət NATO 1949-cu ildə təsis olunarkən “bir ölkəyə hücum hamıya hücum kimi qəbul olunacaq” prinsipini özündə ehtiva edən alyans nizamnaməsinin həyati maddəsindən gedir.
Hazırda NATO-nun bir nömrəli prioriteti bir vaxtlar Sovet İttifaqının tərkibində olmuş və potensial Rusiya təcavüzünə ən çox məruz qala biləcək Baltikyanı dövlətləri – Estoniya, Latviya və Litvanı qorumaqdır.
Qarşıdurmanın başqa önəmli səhnəsi Ukraynadır ki, bu ölkənin şərqində Rusiyaya sadiq qüvvələr demokratik idarəçilik yolunu tumuş suveren dövləti parçalamağa səy göstərirlər. Kreml dəfələrlə Ukraynanın şərqində, Donbas regionunda savaşan qüvvələrin yerli azadlıq aşiqləri olduğunu vurğulayıb. Lakin separatist hərəkatın hansı mərkəzdən idarə olunduğu və hansı məramlardan qaynaqlandığ az adamda şübhə doğurur.
Qərb silahlı qüvvələri üçün başlıca vəzifə Rusiyanın Avropadakı əməllərinə qarşı effektiv əks tədbirlər inkişaf etdirmək, eyni zamanda ABŞ-ın dəstəklədiyi İraq ordusunun Mosuldakı kampaniyası, Suriyada İŞİD-ə qarşı əməliyyatlar, Somali və Nigeriyadakı hərbi təcrübələrdən bu istiqamətdə yararlanmaqdır. Digər tərəfdən, Qərb strateqləri Rusiyanı növbəti təcavüz əməlindən çəkindirmək üçün Soyuq Müharibə dönəmində mövcud olan klassik hərbi taktikalara üz tutublar.
Kreml regiondakı qonşuları siyasi və hərbi hədələrlə qorxutmağa davam edir. Lakin Putinin bu cür davranışı regionda əks effekt verməkdədir. “Qərbin planlaşdırması o deməkdir ki, bir neçə il əvvəllə müqayisədə Moskva üçün hər hansı bir hücum əməliyyatı daha çətin olacaq və Putin nə qədər çox səs-küy salsa bu iş bir o qədər çətinləşəcək,” Peter Apps yazır. Onun sözlərinə görə, alyans ümid edir ki, artıq regionda olan hərbi mövcudluq Putinə aydın edib ki, Moskva tərəfindən aqressiv addım daha böyük müharibəyə yol aça bilər.
Öz hərbi xərclərini artırmağa başlamış Almaniya aydın edib ki, bu addıma səbəb məhz Rusiyanın əməlləri olub. Almaniya hərbi qüvvələri bir vaxtlar korşalmış havadan hücuma hazırlıq qabiliyyətləri və hərbi mühəndislik sahələrində imkanlarını təkmilləşdiriblər. Almanlar qonşu Avropa dövlətləri ilə hərbi əməkdaşlığı da gücləndirib.
Qərbin strateqləri hesab edirlər ki, Putinin başlıca hədəfi propaqanda və başqa siyasi təxribatlarla NATO və ümumilikdə Avropa İttifaqını parçalamaqdır. “Bu ehtimal nə qədər zəif görünsə də, Rusiya təhlükəsi ilə üz-üzə qalan Baltikyanı dövlətlər və Finlandiya arxayınlıq hissinə qapılmırlar. Hücum baş verdiyi təqdirdə ümummilli səfərbərlik əsasında cəmləşəcək qoşunların meşələrə çəkilib ruslara qarşı partizan müharibəsi aparmasına dair aktiv planlar mövcuddur.”
Əlavə olaraq, İsveç, Finlandiya, Norveç, Hollandiya, Danimarka və Baltikyanı dövlətlər bir araya gələrək, Böyük Britaniyanın rəhbərliyi altında “Birləşmiş Ekspedisiya Qüvvəsi” yaradıblar. “Bu çərçivə Baltik dövlətlərini qorumaq üçün formalaşdırılmış qüdrətli və davamlı qüvvədir ki, hətta NATO parçalandığı və ABŞ regiondakı öhdəliyindən geri çəkildiyi halda mövcudluğunu saxlayacaq.” Əlbəttə, görülən tədbirlər Rusiyanın NATO dövlətlərinə qəfil hücumunun qarşısını tam ala bilməz. Lakin, Moskva tərəfindən atılan hər bir addım yalnız Avropanın özünü-müdafiə səylərini gücləndirməsinə xidmət göstərir.
“Fakt budur ki, Avropa indiki kimi son bir neçə onillikdə belə qüdrətli özünü-müdafiə qabiliyyəti sərgiləməyib. Əgər Rusiya bundan özünə təhlükə sezirsə, Putin günahı özündə axtarmalıdır,” Apps təhlilni tamalayır.