Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Baş yəhudi rahib yəhudilərə “Avropadan qaçın” dedi

Tarix:21-08-2017, 14:49 Baxış Sayı:156

Baş yəhudi rahib yəhudilərə “Avropadan qaçın” dedi

The Independent” qəzetinin yazdığına görə, Barselona şəhərinin baş yəhudi rahibi yəhudiləri İsrailə köçməyə çağırıb. Rahib deyib ki, “Avropa artıq radikal İslama uduzub”.

Meir BarHen öz soydaşlarını İspaniyadan qaçmağa çağırıb və deyib ki, bu ölkə “bütün Avropa üçün islamçı terrorun qovşağına” çevrilib.

Baş rahibin bu çağırışı Barselonada və Kambrils şəhərində 13 nəfərin ölümünə və daha 120 nəfərin xəsarət almasına səbəb olmuş terror aktının dərhal ardınca səslənib.

Hər iki şəhərdə törədilmiş basqına görə məsuliyyəti öz üzərinə İŞİD götürüb. Hakimiyyət orqanları inanır ki, bu basqınları böyük bir terrorçu şəbəkə müəyyən müddət ərzində hazırlayıb.

JTA yəhudi xəbər agentliyinə müsahibəsində cənab BarHen deyib: “Yəhudilər burada daimi sakin deyillər”.

“Mən öz icmama deyirəm: Elə bilməyin ki, biz bura əbədilik gəlmişik. Mən soydaşlarımı İsraildə mülklər almağa çağırıram. Bu yer artıq itirilib. Əlcəzair yəhudilərinin, Venesuela yəhudilərinin səhvlərini təkrar etməyin. Buradan nə qədər tez tərpənsəniz, o qədər yaxşıdır” – deyib baş rahib.

O daha sonra qeyd edib ki, son hücumlar müsəlman icmasının içində “radikal pöhrələnmənin” olduğunu göstərib.

Rahib əlavə edib ki, bu, bütünlükdə Avropanın problemidir.

“Avropa itirilib” – deyib rahib.

Lakin baş rahibin çağırışı İspaniya Yəhudi İcmaları Federasiyasının mövqeyi ilə daban-dabana ziddir.

Bu təşkilat bildirib ki, İspaniya təhlükəsizlik qüvvələrinin radikal İslamdan qaynaqlanan hədələrə qarşı mübarizəsinin uğuruna inanır.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL