Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Kim Çen In: `Yaponiya üzərindən raket buraxılışı Quam bazalarına zərbələrə hazırlıqdır` - VİDEO

Tarix:30-08-2017, 11:09 Baxış Sayı:200

Kim Çen In: `Yaponiya üzərindən raket buraxılışı Quam bazalarına zərbələrə hazırlıqdır` - VİDEO

Raket sınaqları Koreya Xalq Ordusunun Sakit Okeanda hərbi əməliyyatlarına birinci addım və Quam bazalarını saxlamaq üçün hazırlıqdır. 

 

Bu barədə Şimali Koreya lideri  Kim Çen In  bir gün əvvəl keçirilən raket sınaqlarını şərh edərkən bildirib. 

 

KXDR lideri raket buraxılışına şəxsən  rəhbərlik edib.

Xatırladaq ki, avqustun 29-da səhər saatlarında Şimali Koreyanın buraxdığı raket Yaponiyanın Hokkaydo adasının üzərindən uçaraq Sakit okeana düşüb. Bundan başqa Şimali Koreya lideri Kim Çen In da «Xvason-12» orta mənzilli  ballistik raketin uğurlu sınağı barədə elan etmişdi.

 

Yaponiya hökuməti bu raketin orta məsafəli ballistik raket olduğunu güman edir. Sakit okeana düşməzdən əvvəl raketin üç hissəyə bölündüyü bildirilir. Dağıntılar barədə məlumat verilmir.

 

Cənubi Koreya Silahlı Qüvvələrinin yaydığı məlumatda isə raketin 550 kilometr hündürlüyə qalxdığı və 2700 kilometr məsafəni qət etdiyi qeyd olunur. Bu, raketin Pxenyan beynəlxalq aeroportuna yaxın məsafədən buraxıldığını deməyə əsas verir.

 

Şimali Koreya ilə ABŞ arasında gərginlik Prezident Donald Trampın bu ölkə haqqında kəskin ritorikasından sonra daha da artıb. Bundan əlavə, hazırda ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirir. Ötən həftə başlayan təlimlərin avqustun 31-də başa çatacağı gözlənilir.

 

Bu, Şimali Koreyanın Yaponiya ərazisi üzərindən uçan beşinci sınaq raketidir.

 

Yaponiya hökuməti fövqəladə xəbərdarlıq yayaraq Hokkaydo sakinlərini etibarlı yerlərdə qorunmağa çağırıb.

 

Baş nazir Şinzo Abe bəyan edib ki, Şimali Koreyanın növbəti dəfə raket buraxması Yaponiyaya qarşı görünməmiş və çox ciddi təhdiddir. Baş nazir belə bir bəyanatla jurnalistlər qarşısında Milli Təhlükəsizlik Şurasının iclasından dərhal sonra çıxış edib.

 

Ş.Abe bildirib ki, raketin buraxılışı və uçuşu yapon hökuməti tərəfindən tam izlənilib. Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün tədbirlər görülüb.

 

Baş nazir əlavə edib ki, hökumət diplomatik kanallar vasitəsilə Pxenyana kəskin etirazını bildirib. Eyni zamanda, Yaponiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını xahiş edəcək və beynəlxalq ictimaiyyəti Şimali Koreyaya təzyiqləri artırmağa çağıracaq.

 

Ş.Abe onu da qeyd edib ki, yapon hökuməti ABŞ-Yaponiya ittifaqının gücündən istifadə edərək vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL