Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Üstündən 30 il keçib və İran hökuməti törətdiyi vəhşiliyin unudulmasını istərdi. Di gəl, bu ağrılı xatirə yaddaşlardan tezliklə silinənə oxşamır. 1980-ci illərdə edam olunmuş siyasi məhbusların ailələri BMT-yə müraciət edib və İslam Respublikasının öz xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri haqda həqiqəti yaymasını istəyib. “The Daily Beast”portalının yaydığı məqalə bu haqdadır.
ƏN AĞIR QƏTLİAM 1988-Cİ İLİN YAYINDA TÖRƏDİLİB
Kütləvi edamlarda öldürülmüş 50 İran vətəndaşı BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Asma Jahangir-ə yazıb. Onlar Jahangir-dən xahiş edirlər ki, BMT-nin Məcburi yaxud Könülsüz Yoxaçıxmalar üzrə İşçi Qrupuyla birgə işləsin, nə baş verdiyini aydınlaşdırsın və İslam Respublikasını cinayətini boynuna almağa məcbur etsin. Məktubda kütləvi edamlara görə məsuliyyət daşıyanların ictimai mühakiməyə çıxarılması, İran Konstitusiyasını və Beynəlxalq İnsan Haqları Deklarasiyasını pozmaqda ittiham olunması istənilir.
Məktubu imzalayanlar İranda yaşayırlar və nə qədər təhlükəli görünsə də, adlarını da qeyd ediblər.
İranda siyasi opponentlərin genişmiqyaslı edamı 1979-cu il İslam İnqilabından sonra başlanıb. Qurbanların məhkəmələri bir neçə dəqiqə çəkib və təqsirləndirilənlərə özünümüdafiəyə imkan da verilməyib. Ən ağır qətliam isə 1988-ci ilin yayında törədilib. Ondan cəmi bir neçə gün əvvəl İslam Respublikası BMT Təhlükəsizlik Şurasının səkkizillik İran-İraq müharibəsinə son qoymaqla bağlı qətnaməsini qəbul etmişdi…
DƏQİQ SAY BƏLLİ DEYİL
«Amnesty International» və digər insan haqları təşkilatları 1988-ci ilin yayında İran həbsxanalarında 4 min 500-5 min kişi, qadın və uşağın qətlə yetirildiyini hesablayıb. Bir çox hallarda qurbanlara həbs cəzası kəsilib, ancaq bəziləri hətta cəzaları bitəndən sonra öldürülüb. Edamlar gizlicə həyata keçirildiyindən ölənlərin dəqiq sayı bəlli deyil.
Meyitlər, əsasən, Tehranın cənub-şərqində yerləşən Xavaran qəbiristanlığında basdırılıb, ailələrinə də bilgi verilməyib. Hətta bu gün belə əzizlərinin qəbirlərini ziyarət edənlər təqiblə üzləşirlər. On illər boyunca İslam Respublikası qətliamın izlərini silməyə çalışıb.
Məktub müəllifləri İran hakimiyyətinə dəfələrlə informasiya üçün üz tutduqlarını, ancaq cavab almadıqlarını yazırlar. Ailələr beynəlxalq nümayəndə heyətinin İran həbsxanalarındakı durumu təftiş etməyə, siyasi məhbuslardan, edam olunanların ailələrindən müsahibə almağa çağırır.
DAHA MƏZARLIĞA DA BURAXMIRLAR
2009-cu ilin fevralında Xavaran məzarlığını dağıtmağa buldozerlər göndərilib, baxmayaraq ki, orada kimlərin dəfn olunduğu heç vaxt açıqlanmayıb. Daha sonra ailələrin məzarlığa baş çəkməsi də yasaqlanıb.
2017-ci ilin fevralında Evin həbsxanasında 15 illik cəza çəkən siyasi məhbus BMT-yə müraciət edib ki, 1988-ci ildə gizlicə edam olunmuş bacı-qardaşının məsələsini İslam Respublikasından soruşsun. Maryam Akbari-Monfared daha öncə, 2016-cı ilin sentyabrında İran ədliyyəsinə rəsmi müraciət göndərmişdi, yaxınları Abdolreza və Roghieh Akbari-Monfared-in edamıyla bağlı təhqiqat istəmişdi.
Məqalədə vurğulanır ki, son illər həmin qurbanların ailə üzvlərinin təqibi də güclənib. 1980-ci illərdə doqquzillik həbs cəzası çəkmiş, içəridə işgəncə gördüyünü deyən Monireh Baradaran «Iran Wire» portalına danışıb ki, həmin ailələrə qarşı dindirmələr, həbslər, hədələr tez-tez baş verir.