Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Səhər açılandan tökülüşüblər “Şanxay”ın küçələrinə… Məhəllə-məhəllə, küçə-küçə gəzirlər, əşyalarımızı toplamağımızı tələb edirlər. Deyirlər, ‘ya toplanın, evlərdən çıxın, ya da gedirik, bir azdan daha geniş qrup şəklində qayıdacağıq’”.
Bunu Azadlıq Radiosu-na Heydər Əliyev prospektinin yaxınlığında – “Şanxay məhəlləsi” kimi tanınan ərazidə yaşayan Əzizbala Şərifov deyir.
“XOF, QORXU YARADIRLAR”
Bu ərazinin sakinləri 1 aydan çoxdur ki, təşviş içindədir.
Sentyabrın 11-də səhər saatlarından başlayaraq Dəmiryol İdarəsinin və Nizami rayon icra hakimiyyətinin nümayəndələri məhəllələrə gələrək sakinlərdən evlərindən çıxmalarını tələb edirlər.
Sakinlərsə təklif olunan kompensasiyanın məbləğindən və mənzillərinin ölçüsü zamanı sahənin sənədlərdə azaldılmasından narazıdırlar. Pəhləvan Fərzəliyev küçəsinin sakini Dilarə Əsgərova deyir, sakinlərdə xof yaratmaq üçün əraziyə polis qüvvəsi də töküblər:
“Polis qüvvəsiylə gəliblər, insanlarda xof, qorxu yaradırlar. Bizsə çıxmaq fikrində deyilik. Ölçmə işləri düzgün aparılmayıb. Evlərimizin sahəsini azaldıb real ölçülərdən aşağı qeyd ediblər. 387 kv evi 250 kv yazıblar, 110 kv evi 75 kv yazıblar və sair… Həyəti, qeyri-yaşayış sahələrini, hamamı, tualeti hesablamayıblar. Üstəlik də, kompensasiyanın məbləği azdır”.
“BİR AYIN İÇİNDƏ BURALAR ŞUMLANMALIDIR”
Hazırda sakinlərə bildirişlər imzalatmağa çalışırlar. Sakinlərsə sözü bir yerə qoyaraq bildirişləri imzalamaqdan imtina edir. Elə mübahisənin səbəbi də budur. Dövlət qurumlarının nümayəndələri sakinlərə xəbərdarlıq ediblər ki, tezliklə evlərini tərk etsələr də, etməsələr də evlər söküləcək. Dilarə Əsgərova:
“Deyirlər, tapşırıq var, bu ayın içində buralar şumlanmalıdır. Göyə də çıxsanız, yerə də girsəniz, söküləcək, vəssalam”.
Sakinlər deyirlər, bir neçə yerli telekanala müraciət etsələr də, heç bir telekanal onların problemini işıqlandırmağı öz üzərinə götürməyib. Sakinlər çarəsiz qaldıqlarını bildirirlər.
KVADRATINA 1000 MANAT VERİLİR
Bu il avqustun 1-də Şanxay sakinləri “Qaynar xətt”ə demişdilər ki, 1 həftədir Dəmiryol və Nizami rayon icra hakimiyyətinin işçiləri ərazidə ölçmə işləri aparırlar. Sakinlərə 1 ay ərzində evlərinin söküləcəyi bildirilmişdi. Nizami rayon icra hakimiyyətindən deyilmişdi ki, bu işlər Nazirlər Kabinetinin uyğun qərarı ilə həyata keçirilir.
Bu dəfə isə qurumdan bildirildi ki, sentyabrın 11-də Dövlət Dəmir yolu İdarəsi ASC-də yaradılmış xüsusi komissiyanın üzvləri ərazidə olaraq vətəndaşlarla görüşüb və onlara xəbərdarlıq ediblər: “Orada 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. Bu evlərin söküntüsü qaçılmazdır. Hökumət sakinlərə hər kvadratmetrə görə 1000 manat məbləğində kompensasiya təklif edib”.
Qurumdan deyilib ki, həmin ərazidəki evlərin sənədsiz olması nəzərə alındıqda, təklif olunan kompensasiyanın məbləği normaldır.