Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“The Independent” yazır ki, Rusiya özü haqqında “yaxşı hesabat” üçün Birləşmiş Millətlər Təşkilatının məruzəçisinə 50 min dollar ödəyib. Hesabatın müəllifi bu sənəddə Moskvanın ABŞ və BMT tərəfindən sanksiyalarla “gözümçıxdıya” salındığı iddia edilməliydi.
BMT-dən olan insan haqları şurasının təhqiqatçısı bu hesabatda bildirirdi ki, Rusiya üzərinə Ukraynanın Krım yarımadasının ilhaqına görə qoyulmuş sanksiyalar “birtərəfli cəzalandırıcı tədbirdir”.
İndi isə Cenevrədə mənzillənmiş BMT Watch adlı QHT sözü gedən hesabatın müəllifini – əlcəzairli səfir İdriss Cəzairini ötən il Rusiyadan aldığı 50 min dollara görə sorğu-suala çəkir.
Əlcəzairlinin yazdığı hesabatda deyilirdi ki, “Vladimir Putinin Rusiya hökuməti insan haqları pozuntularının qurbanı olub və bunu icra edənlər ABŞ və Avropa İttifaqıdır”.
Bu barədə məlumatı BMT Watch qrupunun icraçı direktoru Hillel Neuer verib.
Rusiya bu BMT hesabatından dərhal bərk yapışmış və bildirmişdi ki, Moskva “kollektiv şəkildə cəzalandırma” və “beynəlxalq qanunları və insan haqlarını pozan birtərəfli məcburetmə tədbirlərinə” qətiyyətlə etiraz edir.
Bu ilin iyununda BMT Avropa İttifaqı bizneslərinə Krıma investisiyalar yatırmağı qadağan edən, habelə Krımın turizmini hədəfləyən və buradan idxalı yasqlayan sanksiyaların müddətini uzadıb.
BMT insan haqları şurasındakı Rusiya nümayəndəsi bildirmişdi ki, “Sanksiyalar qoymaq səlahiyyətinə yalnız BMT-nin Təhlükəsizlik Şurası malik olmalıdır”.
Rusiya təmsilçisi bunu da demişdi ki, sanksiyalar “Krım vətəndaşlarının öz müqəddaratlarını təyin etmə hüququndan istifadə etməsinin” ardınca qoyulub.
47 üzvü olan şuranın Venesuela, Kuba və Çin də daxil, başqa üzvləri bu qurumun vasitəsilə öz rejimlərinə rəğbətli olan məruzəçilərin təyinatına nail ola bilirlər.
BMT Watch təçkilatı BMT İnsan Haqları Şurasının palatasında keçirilməsi planlaşdırılan iclasdan narahatlıq ifadə edib. Qurum bildirib ki, Misir səfirinin sədrlik etdiyi bu iclasda Qərbin insan haqlarını pozan rejimlərə qarşı sanksiyaları müzakirə olunacaq.
Cənab Cəzairi və Kubanın köməyi ilə təyin edilmiş başqa iki ekspert də bu palatanın üzvləridirlər. Onlardan başqa palataya Venesuela səfiri və rusiyayönlü Belarus alimi də daxildir.
Cənab Putin bu həftə BMT-yə Ukraynada atəşkəsə nəzarət edilməsi üçün BMT sülhməramlılarının göndərilməsini rica edəcək. Onun bu planı Almaniya kansleri Angela Merkel tərəfindən alqışlanıb.