Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Türkiyə və Fransa `Kürdüstan referendumu` ilə əlaqədar reksiya planı hazırlayır

Tarix:18-09-2017, 12:47 Baxış Sayı:146

Türkiyə və Fransa `Kürdüstan referendumu` ilə əlaqədar reksiya planı hazırlayır

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron İraq Kürdüstanının müstəqilliyi ilə bağlı  referendumun keçirilmə perspektivləri ilə əlaqədar birgə reaksiya təşəbbüsü hazırlayır.Bu barədə HaberTurk diplomatik mənbələrə istinadla xəbər yayıb.

 

Bildirilir ki, Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında  Makronla bu məsələni geniş müzakirə  etmək  və üçpilləli  fəaliyyət planı təklif etmək istəyir.

 

Ankara tərəfindən reaksiya tədbirlərinin (sanksiyalar) konkret  məzmunu sentyabrın 22-də Türkiyədə Milli Təhlükəsizlik Şurasının  iclasında səsə qoyulacaq.

 

Buna kimi isə Ərdoğan Parisə ilk addım kimi sentyabrın 25-də referendum keçirməmə barədə Ərbilə birgə çağırış etməyi təklif edib.

 

Əgər İraq Kürdüstanı bununla razılaşarsa, Ankara və Paris rəsmi Bağdad və kürdlər arasında xalqın konstitusyon hüquqları, mübahisəli regionlar (məsələn, Kərkük) məsələsində vasitəçi kimi çıxış edəcək və bu təşəbbüsün ikinci maddəsi olan uyğun yol xəritəsi hazırlayacaq.

 

Ərbil səsverməni ləğv etməsə, Türkiyə Parisə İraq Kürdüstanına  qarşı bir sıra sanksiyalar irəli sürmək barədə təklif irəli sürəcək. Bu təşəbbüsün üçüncü mərhələsi olacaq. Ankara hesab edir ki, iki ölkənin də reaksiya tədbirləri oxşar, yaxud eyni olmalıdır. 

 

Həmçinin Ankara  bu təşəbbüsü  ikitərəfli görmür, hətta  iraq kürdlərinin  referendum məsələsinə təsir etmək istəyən istənilən ölkəni qoşula biləcəyini bildirir.

 

Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Baş Qərargahı  bu gün  İraqın şimalında  kürd  muxtariyyəti ilə sərhəddə hərbi təlimlərə başladığı barədə elan edib.

 

Xatırladaq ki, İraq Kürdüstanı sentyabrın 25-nə müstəqillik referendumu keçirmək istəyir. Bağdad buna qarşı çıxır və referendum zorakılığın artmasına gətirəcəyi halda İraqın baş naziri  Heydər əl-Abadi hərbi müdaxiləni istisna etməyib. Bununla belə baş nazir  Ərbillə danışıqlardan imtina etməyəcəyini bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL