Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ərdoğan Kürd Muxtariyyətini iqtisadi cəhətdən boğmaqla hədələdi

Tarix:26-09-2017, 14:35 Baxış Sayı:143

Ərdoğan Kürd Muxtariyyətini iqtisadi cəhətdən boğmaqla hədələdi

“Sanksiyaları tətbiq etməyə başlayanda ortada qalacaqsan”.

Bu barədə Rəcəb Tayyib Ərdoğan “2017-2018-ci illərdə Ali təhsil akademik ili”nin açılış mərasimində İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”u dəyərləndirərkən danışıb.

 

Onun sözlərinə görə, İraqın şimalındakı yerli hökumət “referendum”u keçirməkdə israr etdi: “İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxtdan yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək? Biz son anadək Bərzaninin belə bir səhv addım atacağını ehtimal etmirdik. Deməli, yanılmışıq. Alınan bu qərar açığı ölkəmiz üçün də xəyanətdir. Bu məsələ Bərzaninin iddia etdiyi kimi “kürdlərin haqqı” məsələsi deyil. Əyalət olaraq varlığını davam etdir. Bu yollara getməyə nə ehtiyac vardı? Türkmənlər, ərəblər səsverməyə getmədi. “Referendum”u İraqın şimalındakı yerli hökumət keçirir. Terrorçu PKK isə bayram edir. İştirakçıların sayı da şübhəlidir. Unutmayın ki, bu gün sizi qısqırdanlar sabah çıxıb gedəcəklər. Bunların indiki vəziyyəti dəvəquşunun halına oxşayır. Bu məsələlərlə bağlı əlimizdə çoxlu tarixi məlumatlar var. Onlar müzakirəyə çıxarılıb gündəliyə gətiriləcək. İqtisadi sanksiyalardan tutmuş hərbi variantlaradək bütün planlar masa üzərindədir. Ümid edirəm ki, İraqın şimalındakı yerli hökumət ağlını başına toplayar, bunların tətbiqinə ehtiyac qalmaz”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL