Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?

Tarix:4-10-2017, 15:13 Baxış Sayı:187

Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?

“The Guardian” yazır ki, bu günlər Özbəkistanda hamının dodağında bircə kəlmə var: dəyişiklik.

“Dəyişikliklər baş verir, həyat yaxşılaşır” – Daşkəndin 20 yaşlı sakini Akrom Abdurahimov deyir.

“Hər gün yuxudan oyanırıq və nə isə fərqli bir şey eşidirik” – bunu da dəbdəbəli kafedə çay içən Nadira İlhamova deyir.

“Dodaqlarda bir ad da var: Şavkat Mirziyoyev” – yazır qəzet, – İndi Özbəkistanda onun adını çəksəniz, hamı dərhal baş barmağını dik tutmaqla cavab verəcək.

Məqalədə deyilir ki, ötən il Özbəkistanın avtoritar lideri İslam Karimovun ölümündən sonra Mirziyoyev hakimiyyətə gələndən bəri dünyanın ən qaranlıq diktatorluqlarından biri işıqlanmağa başlayıb. Əlbəttə, hələlik bunu tam açıqlıq adlandırmaq olmaz.

“The Guardian” yazır ki, 60 yaşlı, saçları çallaşan Mirziyoyev 13 il Karimovun baş naziri olub və onu dinamik dəyişiklik rəmzi saymaq olmur. Lakin bununla belə, o artıq bir neçə nəzərəçarpacaq islahatlara başlayıb.

O bir neçə siyasi məhbusu azad edib, uzun illər ölkədə non grata elan edilmiş beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrini salamlayıb, medianı sıxan məngənəni boşaldıb və öz işlərini qoyub zorla pambıq yığmağa göndərilən minlərlə insanı məcburi əməkdan qurtarıb.

“The Guardian” yazır ki, Karimovun 27 illik hakimiyyəti dövründə siyasi repressiya və iqtisadi durğunluq altında inləyən 34 milyonluq bu ölkədə indi hamı “siyasi istiləşmədən” söz açır. Bu nədir? “Özbək baharımı?” Həqiqətəndəmi Mirziyoyev totalitar Özbəksitana demokratiya gətirir?

Mirziyoyevin özü bu sullara müsbət cavab verir. O ədalətli və demokratik bir cəmiyyət qurmaq niyyətində olduğunu deyir.

Bunlar doğrudan da həyəcanverici bəyanatlardır. Karimovun hakimiyyəti altında Özbəkistan despotizmin sinoniminə çevrilmişdi. Burada media boğulur, dissidentlər həbsxanalara atılır, adamlar zorla pambıq yığmağa məcbur edilirdi. Bütün bunlara qarşı çıxanlarla isə 2005-ci ildə Əndicanda gülləbaran edilmiş nümayişçilər kimi rəftar edilə bilərdi.

“Bu Özbəkistan xalqı üçün ümid çağıdır, – yazırlar Human Rights Watch təşkilatından Steve Swerdlow və Hugh Williamson, – Lakin bu həm də sözlərin əmələ çevrilməsinin başlanğıcı olmalıdır”. Onlar Özbəkistana səfərdən yenicə qayıdıblar.

Bu ölkədə indi yeni prezident Mirziyoyevə ümidlər doğrudan da böyükdür.

“O göstərmək istəyir ki, onun gəlişi ilə hər şey başqa cür olacaq, – deyir biznesmen Pulat İbrahimov, – O bir çox şeyləri dəyişir, çünki bu dəyişikliyi adamlar istəyirlər. Biznesə daha çox azadlıq verilməlidir ki, daha çox iş yerləri yaradılsın”.

İndi Daşkənddə qara bazardan, daha doğrusu onun yoxa çıxmasından danışrılar. Bu bazarda dollarları qalaq-qalaq özbək puluna dəyişən valyutaçıları görə bilməzsiniz. Onlar prezident milli valyutanın islahatına başlayandan bəri yoxa çşıxıblar.

Adamlar ümid edirlər ki, prezidentin niyyət və sözləri əmələ çevriləndə həyat daha da firavan olacaq və bu ailəsini dolandırmaq üçün Rusiyaya yollananların axınının qarşısını kəsəcək.

Lakin İbrahimov deyir ki, adətən siyasi liberallaşma iqtisadi liberallaşmadan daha uzun müddət tələb edir. İbrahimov qarşıdan gələn 5-10 ilə ümid bağlayır.

Biznesmen deyir ki, Mirziyoyevin Karimov əsgəri olduğunu və saxta seçkidə 89 faiz səslə qalib gəldiyini unutmaq olmaz.

“Bunu yaxşı bilin: Mirziyoyev demokrat deyil. O təpədən dırnağa avtokratdır” – deyir Washington-dakı Respublikaçılar İnstitutunun təhlilçisi Baxtiyor Nişanov.

Ekspertin fikrincə, Mirziyoyevin əsas məqsədi ölkəni iqtisadi durğunluqdan çıxarmaqdır və bunun naminə o yalnız cüzi demokratik dəyişikliklərə gedə bilər.

Bu dəyişikliklərdən bəziləri baş verir: Həkimlər, müəllim və tələbələr pambıq tarlalarına göndərilmirlər. BBC Özbək xidmətinə onun çoxdan qapadılmış ofisini yenidən açmaq icazəsi verilib. Minlərlə siyasi məhbusdan beş-altısı azad olunub.

Lakin eyni zamanda ötən həftə Özbəkistanın dissident yazıçısı Nurullo Otahonov Türkiyə sürgünündən qayıdarkən Daşkənd hava limanında həbs edilib. O da Özbəkistanda siyasi istiləşmənin baş verdiyini güman etmişdi. Onu yalnız dörd gündən sonra azad ediblər.

“Yuxarılardakı vəziyyət dəyişir. Bu dəyişikliyin aşağılara çatmasına 5-10 il, bəlkə də 50 il lazım gələ bilər” – deyir İlhamova.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL