Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İraqın keçmiş prezidentinin ailəsi Məsud Barzaninin istefasını tələb edir

Tarix:17-10-2017, 13:39 Baxış Sayı:184

İraqın keçmiş prezidentinin ailəsi Məsud Barzaninin istefasını tələb edir

“İraqın şimalındakı Kürd Muxtar Əyalətinin rəhbəri Məsud Barzani istefa verməlidir”.

Bunu İraqın kürd əsilli məhrum prezidenti Cəlal Təlabaninin oğlu Lahur Təlabani bildirib.

L.Təlabani əyalətin müstəqiliyi məsələsində tutduğu mövqeyə görə özünə qarşı irəli sürülən ittihamlara cavab verərkən M.Barzanini tənqid edib: “Onu artıq başçı kimi tanımırıq. Bu savaş neft oğrusu Barzani və oğullarının müharibəsidir. Ləyaqəti çatırsa, Barzani istefa versin”.

Məlumata görə, ötəngünkü əməliyyatdan əvvəl C.Təlabaninin xanımı Hero Talabani və oğulu Lahur Təlabani Süleymaniyyədə ailə təmsilçiləri ilə birlikdə keçmiş prezidentin qəbrini ziyarət ediblər. Onlar daha sonra İran İnqilab Keşikçiləri Qvardiyasının xarici ölkələrdəki əməliyyatlar üzrə məsul şəxsi, “Əl-Qüds” qrupunun komandanı general Qasım Süleymani ilə görüşüblər.

Həmin toplantıdan sonra Təlabani ailəsi özlərinə bağlı olan “peşmərgə”nin Kərkükün tələb edilən ərazilərindən çıxmaq təklifini qəbul edib. İnformasiyaya əsasən, Kərkükdəki əməliyyat bu anlaşma çərçivəsində keçirilib. Nəticədə “peşmərgə” Kərkükdə neft sahələri və hərbi hava limandan çıxıb.

Məlumata əsasən, M.Barzaniyə yaxın KİV-də yayılan xəbərlərdə isə Təlabani ailəsi “Kərkükü satmaq”da və “kürd xalqına xəyanət etmək”də ittiham olunublar.

Xatırladaq ki, Hero Təlabani İraqın şimalındakı hökumətin “müstəqillik”lə bağlı “referendum” keçirmək təşəbbüsünə qarşı çıxmışdı.

Qeyd edək ki, İraq hakimiyyətinin Kərkükdə nəzarəti tam bərpa etdiyi haqqında məlumat yayılıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL