Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Kürdlər Kərkükü həmişəlik itiriblər”

Tarix:17-10-2017, 13:18 Baxış Sayı:167

“Kürdlər Kərkükü həmişəlik itiriblər”

“Financial Times” yazır ki, bir ay əvvəl İraq kürdləri keçirdikləri referendumda əksər səs çoxluğu ilə müstəqilliyi dəstəkləmişdilər, amma indi İraq ordusu Kərkükə daxil olandan və binaların damındakı kürd bayrağını qopararaq yerinə İraq bayrağı taxandan sonra bu arzular, deyəsən çilik-çilik olub.

Məqalədə deyilir ki, Bağdad hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında mübahisəli olan neftlə zəngin Kərkük şəhəri kürdlərin müstəqillik ambisiyalarının təməlini təşklil edirdi.

FT yazır ki, iqtisadi baxımdan Kərkükün neft mədənləri kürd dövlətinin yaradılması üçün həyati məna daşıyırdı.

Lakin eyni zamanda bu etnik baxımdan qarışıq şəhər heç vaxt tamlığı ilə kürd şəhəri olmamışdı.

FT yazır ki, bazar ertəsi Kərkükün küçələri ilə yeriyən İraq tanklarını şəhərin ərəb və türkman sakinləri salamlayıblar.

Beləliklə, ərəb və türklmanların üzərində üç il davam edən kürd hakimiyyətinə son qoyulub.

Məqalədə deyilir ki, indi ABŞ-ın təlimləndirdiyi və dəstəklədiyi iki qüvvə – İraq ordusu və kürd peşmərgələri üz-üzə gəliblər.

FT yazır ki, bu bölgədə kürd-ərəb qarşısdurmasının şiddətlənməsi İŞİD-dən yenicə təmizlənmiş bölgəni təlatümə gətirə bilər.

Qəzet yazır ki, hazırda Bağdadda hamı Kürdüstan Demokaratik Partiyasının lideri və kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin nə deyəcəyini gözləyir.

O, bundan əvvəl İraq hökumət qoşunlarının Kərkükə hücumunun ərəb-kürd müharibəsinə səbəb ola biləcəyi ilə hədələmişdi.

“Hələlik hər şey nəzarət altındadır, amma qarşıdan gələn iki gün çox təhlükəli ola bilər. Əgər KDP vəziyyəti gərginləşdirmək istəsə, onda situasiya təhlükəli olacaq” – deyib bir İraq rəsmisi FT-yə.

Sosial mediada paylaşılan şəkillərdə Kərkükdən qaçan kürd uşaqları və öldürülmüş peşmərgələrin cəsədlərinin yanında gülərək şadlıq edən İraq əsgərləri görünür.

Həmin İraq rəsmisi deyib ki, böyük fırtına qopub, lakin bu, heç də təkcə kürdlər və Bağdad arasında çarpışma deyil.

Məsələ burasındadır ki, Kürdüstan Regional Hökumətinə daxil müxtəlif kürd siyasi partiyaları Kərkükün itirilməsinə görə bir-birlərini xəyanət və satqınlıqda ittiham edirlər.

“Financial Times” yazır ki, İraq ordusunun hərbi uğuruna Kürdüstan Regional Hökumətindəki ikinci ən böyük partiya – Kürdüstan Vətənpərvər İttifaqı – PUK-un koalisiyadan çıxması kömək edib.

Məqalədə deyilir ki, bu regionun tarixində onilliklərlə kürd fraksiyaları arasında barışmaz düşmənçilyin daha bir manifestasiyası olub.

Iraqi forces flash a victory sign while driving past an oil production plant near Kirkuk. Photo: 16 October 2017Fotonun müəllifiAFP/GETTY IMAGES

Qardaş xəyanəti

Bu partiyalar bundan əvvəl də dəfələrlə bir-birlərinə qarşı xəyanətkar addımlarda bulunublar. Bunlardan ən rüsvayçısı 1996-cı ildə baş verib. O vaxt Bərzani öz partiyasının PUK-a qarşı vətəndaş müharibəsində üstün gəlmək üçün diktator Səddam Hüseynin qoşunlarını dəvət etmişdi.

FT yazır ki, bugünə qədər də döyüşçü pereşmərgələr PUK və KDP partiyaları arasında bölünüblər.

İndi bir çoxları Bərzanini referendum keçirdiyinə, xüsusən də Kərkükü bu referenduma qatdığına və kürdləri çətin duruma saldığına görə tənqid edirlər.

Bu referendumun keçirilməsinə nəinki regional dövlətlər, hətta ABŞ-da qarşı çıxmışdı.

Referendumun keçirilməsi Türkiyə və İranı kürdlərə qarşı mübarizədə Bağdadla birləşdirib.

Belə bir vəziyyətdə ABŞ bir-biri ilə çarpışan heç bir tərəfi dəstkləməyib.

“Biz onların bir-biri ilə döyüşməsini istəmirik, amma biz tərəf də saxlamırıq” – deyib ABŞ prezidenti Trump.

FT yazır ki, İraq ordusunun əlinə keçən ərazilər faktiki olaraq PUK peşmərgələrinin döyüşsüz qoyub getdiyi mövqelərdir.

Xəbərlərə görə, bəzi neft mədənləri perşmərgələrin əlində qalır. Bu ərazilər uğrunda döyüşlərin olub-olmayacağı hələlik bəlli deyil.

“Kürdlər Kərkükü həmişəlik itirblər – deyib Durham Universitetindən Dana Nəvzər Cəf, – Biz 2014-cü ilin sərhədlərini itirmişik. İndi 2003-cü ilin sərhədlərinə qayıdırıq”.

Hələlik belə görünür ki, həm Bağdad, həm də Ərbil Kərkük neftinin borularla şimala axmasına mane olmaq istəmirlər.

Türkiyənin Ceyhan portuna çıxan bu boru kəmərinə Kürdüstan Regional Hökuməti nəzarət edir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL