Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycanın QHT təmsilçiləri Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib.
Festivalın şüarı: "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" olub.
“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun guya Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər. Festival çərçivəsində təxribatı hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və forum iştirakçılarına məlumat veriblər. Sədr onu da qeyd edib ki, ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününün festivalda qeyd olunmasına nail olub. Müstəqillik günümüzdə Dağlıq Qarabağ və onun ruhunu, Azərbaycanı əks etdirən çıxışlar olub, Azərbaycanın milli musiqiləri, həmçinin “Sarı gəlin” ifa olunub. Həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, iştirakçılara bəyanat nüsxələri verilib, Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən –şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri öz əksini tapıb.
M. Seyidov bildirib ki, əlavə olaraq tərəfimizdən sosial şəbəkələrdə festival iştirakçıları xüsusi məlumatlandırma həştagları müəyyənləşdiriblər.
Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında qeyd edilən məlumatlar yüksək diqqətə səbəb olubdur. Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıb.
XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edirlər.
Festivalda “İrəli” İctimai Birliyinin, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak edir.
XIX Ümumdünya gənclər və tələbə festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçirilir və dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox gənc mütəxəssisi öz ətrafında toplayacaq.
![]()
![]()
![]()