Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Cərimələrin bir payı Prezident Administrasiyasının hesabına köçürülür

Tarix:23-10-2017, 15:26 Baxış Sayı:148

Cərimələrin bir payı Prezident Administrasiyasının hesabına köçürülür

Son günlər sosial şəbəkələrdə 2018-ci ilin dövlət büdcəsində sanksiyalaşdırılan daxilolmalar ciddi müzakirə mövzusuna çevrilib. Vətəndaşlar cərimələrin çoxluğu və yığılan cərimələrin xərclənmə istiqamətləri barədə geniş məlumat verilməsini istəyirlər.

Turan.az  xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində maliyyə sanksiyalarından daxilolmalar 140 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, ötənilki məbləğdən 39 milyon manat çoxdur.

“Bu o deməkdir ki, gələn il məcburi ödənişlər edən sahibkarlara vergi və digər qanunvericiliyi pozmalara görə ən azı 187 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır ki, onun da 75 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın. Çünki bu sanskiyaların 25 faizi onu icra edən dövlət orqanının həvəsləndirmə fondunda toplanır. Müqayisə üçün onu da bildirmək istərdim ki, növbəti ildə büdcəyə maliyyə sanksiyalarından daxilolmalar hüquqi şəxslərin torpaq vergisindən 2,8 dəfə, yol vergisindən 1,5 dəfə, dövlət rüsumundan 1,3 dəfə, mədən vergisindən 6 faiz çoxdur. Demək olar ki, növbəti il üçün maliyyə sanksiyaları artıq büdcə mədaxilindən bəzi vergi və rüsumlardan daha çox proqnozlaşdırılıb”, – iqtisadçı alim Qubad İbadoğlu bu fikirdədir.
Bununla yanaşı ekspert bildirir ki, yuxarıda açıqlanan məbləğə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xətalarа görə dаxilolmаlаr aid deyil.

Qeyd edək ki, inzibati xətalar, maliyyə sanksiyaları nəticəsində daxilolmaların bir hissəsinin xərclənməsi təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərmanla (http://www.e-qanun.az/framework/35395) tənzimlənir.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana görə, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 5 faizi prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 95 faizi isə yol hərəkəti təhlükəsizliyini təmin etmək və yol -patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin hesabına köçürülür.

Vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizinin 5 faizi Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə yenə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 45 faizi vergi orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək, vergi orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək, vergi sahəsində elmi-texniki potensialı artırmaq məqsədi ilə Vergilər Nazirliyinin hesabına köçürülür.

Hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizinin 5 faizi yenə Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 20 faizi “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə həmin dövlət orqanlarının və notariat kontorlarının hesabına köçürülür.

Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizinin yenə 5 faizi Prezident Administrasiyasında, prezidentin İşlər İdarəsində və prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 45 faizi isə prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin Dövlət Agentliyinin hesabına köçürülür.

Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin 5 faizi yenə eyni məqsədlə Prezident Administrasiyasının hesabına köçürülür. Qalan 20 faizi isə miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin hesabına köçürülür.

Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələrin yenə 5 faizi yuxarıda göstərilən məqsədlərlə Prezident Administrasiyasının hesabına köçürülür.

Vəsaitin 95 faizi isə Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək və başqa məqsədlərlə Dövlət Gömrük Komitəsinin hesabına köçürülür.

Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin yenə 5 faizi yenə Prezidentinin Administrasiyasının, 20 faizi isə Səhiyyə Nazirliyinin vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün nazirliyin hesabına köçürülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin yenə 5 faizi Prezident Administrasiyaının, qalan 20 faizi isə nazirlik işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün bu nazirliyin hesabına köçürülür.

Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmaların da 5 faizi Prezident Administrasiyasının, qalan 95 faizi ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülür.

Təyinatı üzrə toplanmış maliyyə sanksiyalarının qalan hissələrinin xərclənməsi isə belə nəzərdə tiutulub: Daxili İşlər Nazirliyinə ayrılan vəsaitin 25 faizi yol- patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların, Gömrük Komitəsinə ayrılan vəsaitin 60 faizi komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərin, Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna cərimələrdən daxil olan vəsaitin 25 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların aylıq vəzifə maaşlarına əlavə verilməsi üçün istifadə olunur.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL