Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ağsu aşırımı böyük təhlükə mənbəyinə çevrilib

Tarix:24-10-2017, 16:25 Baxış Sayı:152

Ağsu aşırımı böyük təhlükə mənbəyinə çevrilib

“Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”.
 Bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sürüşmə riski daşıyan ərazilər ən çox alçaq və orta dağlıq zonalardır. Şöbə müdiri qeyd edib ki, əvvəllər sürüşmələr orta dağlıq ərazilərdə daha intensiv olsa da, son zamanlar bu proses alçaq dağlıq əraziləri də əhatə edib.
M.İsmayılov deyib ki, orta dağlıq ərazidə yağıntının daha çox, alçaq dağlıq ərazilərdə isə az düşməsi sürüşmələrin baş verməsində mühüm rol oynayırdı. O vurğulayıb ki, son zamanlar dağlıq ərazilərin intensiv mənimsənilmə prosesi ilə əlaqədar alçaq və yüksək dağlıq hissələrdə sürüşmələr çox fəallaşıb: “Ağsu aşırımı həmişə sürüşmə baxımından fəal olub. Bu gün bizim cəmi 11 faiz meşəmiz var və bu rəqəm orta dünya göstəricilərindən 3 dəfə azdır. 11 faiz meşənin içərisində də turizm mərkəzlərinin yaradılması qətiyyən yolverilməzdir. Sürüşmələrin, sellərin fəallaşmasına səbəb olan amillərdən biri də budur. Məsələn, Ağsu aşırımında nə qədər istirahət zonaları yaradılıb, səth sularının axını tamamilə pozulub. Bunun nəticəsində Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib. Orada şam ağacları əkilib. Amma bu ağacın kökü dərinə getmir və şam ağacı ilə yamac bərkitmə işləri görməzlər. Bunu botaniklər və digərləri də biliRlər. Biz sadəcə, hər şeyi tez həll etmək istəyirik. Amma yaxşı həll etmək daha yaxşıdır”.
Şöbə müdiri əlavə edib ki, bu gün ölkədə sürüşməyə qarşı tədbirlər çox zəif görülür. Onun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün alçaq dağlıq zonalar üçün səciyyəvi olan bitkilərdən istifadə etmək olar: “Məsələn, kökü dərinə gedən saqqız ağacından istifadə etmək olur. Onların kökü dərinə getdiyinə görə laylarda sürüşməni müəyyən qədər azaldır”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL