Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bloklanmış saytların apellyasiya şikayətinə baxılacaq

Tarix:7-11-2017, 08:22 Baxış Sayı:153

Bloklanmış saytların apellyasiya şikayətinə baxılacaq

Noyabrın 7-də saat 11.20-də Bakı Apellyasiya Məhkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin “azadliq.info”, AzadlıqRadiosu-nun “azadliq.org”, “Meydan TV”-nin, “Turan TV”-nin və “Azərbaycan saatı” televiziya proqramının internet saytlarına girişin rəsmi şəkildə məhdudlaşdırılması barədə Səbael Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 27 mart 2017-ci ildə adları çəkilən saytlara Azərbaycan ərazisində girişi məhdudlaşdırıb. Aprel ayında isə nazirlik məhkəməyə müraciət edərək, saytların bloklanması haqda qərar çıxarılmasını istəyib. Aprelin 27-də məhkəmədə nazirlik təmsilçisi bildirib ki, saytlara giriş Baş Prokurorluqdan gələn məktub əsasında məhdudlaşdırılıb. Baş Prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə göndərilən məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb – ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb.

Məktuba saytlarda yayımlanmış materiallar da əlavə olunub. Nazirlik məhkəməyə iddia ərizəsinə həmin yazıları da qoşma şəklində təqdim edib. Sözügedən yazıların əksəriyyəti ölkə prezidentinin tənqid olunduğu məqalələr, xarici mediada yayımlanmış, Azərbaycan dilinə tərcümə olunaraq istinadla sayta yerləşdirilmiş materiallardır.

Bundan başqa, Milli Şuranın mitinq müzakirələri haqqında yazılar da “qara siyahıya” salınıb. Məsələn, AzadlıqRadiosu-nun saytında yayımlanmış “Son iki gündə 4 nəfərin özünü öldürdüyü deyilir” başlıqlı məqalə prokurorluğun dövlətə və cəmiyyətə təhdid kimi dəyərləndirdiyi materiallardandır.

Səbael Rayon Məhkəməsində hakim Nurəddin Bağırov 12 may 2017-ci il tarixli qərarla nazirliyin iddiasını təmin edib və adları çəkilən saytlara Azərbaycan ərazisindən giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

AzadlıqRadiosu və bloklanmış digər saytlar bu iddiaları əsassız adlandırıb.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini son üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL