Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rolls-Roysdan Azərbaycanda rüşvət alıblar

Tarix:8-11-2017, 12:26 Baxış Sayı:174

Rolls-Roysdan Azərbaycanda rüşvət alıblar

Noyabrın 7-də Birləşmiş Ştatlarda rüşvətxorluq mexanizmində iştirakda suçlanan beş nəfərə ittihamlar açıqlanıb. Həmin şəxslər Qazaxıstan, Azərbaycan və digər ölkələrdə Britaniyanın nəhəng Rolls-Royce şirkətinin enerji kontraktlarını udmasından ötrü rəsmilərə rüşvət verməkdə ittiham olunurlar.

Şirkət yanvarda ABŞ, Britaniya və Braziliya hakimiyyəti ilə korrupsiya iddialarından dolayı 800 milyon dollarlıq kompensasiya ödəmək barədə razılaşma əldə edib. O zaman şirkət etiraf edib ki, Qazaxıstan, Tailand, Braziliya, Azərbaycan, Anqola və İraqda kontraktları udmaqdan ötrü dövlətə məxsus enerji şirkətlərinə 35 milyon dollardan artıq rüşvət verib.

40-dan çox ölkədə biznesdə qazanmaq naminə xarici rəsmilərə rüşvət vermək cinayət sayılır. Ancaq bu cinayətə görə daha çox ABŞ-da və Qərbi Avropada cəza kəsilir.

ABŞ Ədliyyə Departamentinin cinayət bölməsinin rəhbəri vəzifəsini icra edən Kenneth Blanco deyib ki, bu iş “bütün etik və vicdanlı şirkətlər üçün oyun meydançasını bərabərləşdirmək yönündə daha bir vacib addımdır”.

İttiham olunanlar arasında Yunanıstandan olan 70 yaşlı Petros Contoguris da var, çirkli pulyumada və Xarici Korrupsiya Təcrübələri Aktını pozmaqda ittiham olunur.

Ədliyyə Departamentinin məlumatına görə, Contoguris-in ABŞ-dan kənarda azadlıqda gəzdiyi ehtimal olunur.

Noyabrın 7-də ittihamlar verilmiş digər dörd nəfər özlərini təqsirli biliblər.

Rolls-Royce-un keçmiş rəsmilərindən Britaniyadan olan, hazırda Tayvanda yaşayan 66 yaşlı James Finley iyulda ABŞ məhkəməsi qarşısında korrupsiya ittihamlarıyla özünü təqsirli bilib, departament belə deyir.

Rolls-Royce-un əməkdaşları – Niderlanddan Aloysius Johannes Jozef Zuurhout və Avstriyadan Andreas Kohler (hər ikisi 53 yaşındadır) təqsirlərini iyunda, Hyustondan olan 48 yaşlı Keith Barnett dekabrda boynuna alıb.

İttihamnaməyə görə, bu beş nəfər Britaniyanın Rolls-Royce plc. şirkətinin ABŞ filialı olan Rolls-Royce Energy Systems Inc-ə biznesdə qazandırmaqdan ötrü rüşvət planları qurublar.

Həmin şəxslər bəxşiş verməkdə, həmin ödənişləri Contoguris-in “Gravitas” şirkəti vasitəsiylə ört-basdır etməkdə və əvəzində Rolls-Royce-un Asiya Qaz Kəməri üçün kontraktları udmasına yardım almaqda suçlanırlar.

2009-cu ilin noyabrında Rolls-Royce bu kəmərdə 145 milyon dollarlıq kontrakt udub və bundan sonra ödənişlər Gravitas şirkətinə köçürülüb, departament bildirir.

Azərbaycanın adı bu işdə hallansa da, rəsmilərdən indiyədək bu məsələyə münasibət bildirilməyib. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL