Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Çoxuşaqlı ailələrin sayı kəskin azalıb

Tarix:10-11-2017, 09:38 Baxış Sayı:179

Çoxuşaqlı ailələrin sayı kəskin azalıb

Azərbaycanda 1999-2009-cu illər arasında 3 və daha çox uşaqlı ailələrin sayı 22 faiz azalıb.

“İstəyirik uşaqlarımız bacı-qardaşlı, nəvələrimiz əmili-bibili, xalalı-dayılı olsun”, 27 yaşlı Xəyalə Yusifova BBC Azərbaycancaya deyir.

Hökumət 3 və daha artıq uşağı olan ailələrə maddi yardım edir, rəsmilər deyirlər.

Ekspertlər son 3 ildə doğumun aşağı düşdüyünü qeyd edir.

Azərbaycanda çoxuşaqlı ailələrin sayı on ildə təxminən iki dəfə azalıb, rəsmi statistika bunu göstərir.

“Bir dövr 3 uşaqlı ailələrin sayı artdı”

“Son üç ildə doğum səviyyəsi aşağı düşüb, 1991-ci illə müqayisədə çox aşağı düşüb”, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, demoqraf Rüfət Əfəndiyev BBC Azərbaycancaya deyir.

Onun sözlərinə görə, 2003-2013-cü illər arasında ailədə 3-cü uşağın doğulması hallarının artdığını müşahidə edib:

“Həmin dövrdə müəyyən maddi stabillik yaranmışdı. Müşahidələrimə görə, ailələrdə 3-cü uşaq doğulurdu. Bilmirəm, manatın devalvasiyasına görə, ya nədənsə, son 3 ildə doğum səviyyəsi aşağı düşüb”.

Demoqraf Əfəndiyev vurğulayır ki, bu barədə daha dəqiq statistika əhalinin növbəti siyahiya alınmasından sonra bilinəcək.

Əhalinin növbəti siyahıya alınması 2019-cu ildə keçiriləcək, Dövlət Statistika Komitəsindən BBC Azərbaycanca bildirilib. Əhalinin siyahiya alınması hər 10 ildən bir keçirilir.

“Çox uşaq ananın işini yüngülləşdirir”

“İki uşağımız var, amma istəyirik, 4 uşağımız olsun”, evdar qadın Xəyalə Yusifova deyir. İqtisadi kibernetika üzrə ali təhsil almış Xəyalə Yusifova hesab edir ki, uşaqlar bacılı-qardaşlı, nəvələr isə qohum-əqrəbalı olmalıdır:

“Yoldaşım mühəndisdir, neft şirkətlərinin birində çalışır. Düşünür ki, 4 uşağın maddi ehtiyaclarını qarşılaya bilər. Lazım gələrsə, mən də işləyərəm”.

Uşaqların təhsili Xəyalə xanımı qorxutmur, deyir, məktəbin verə bilmədiyini özü verəcək, yəni, uşaqlarla əlavə məşğul olacaq.

“Çox uşaq ananın işini yüngülləşdirir”, 35 yaşlı Rübabə Ovçuyeva belə düşünür. BBC Azərbaycancaya müshaibəsində Rübabə Ovçuyeva deyir ki, 3 uşaı olsa da, xüsusi bir çətinlik hiss etmir:

“İşləyirəm, ali təhsilim var, amma eyni zamanda 3 uşaq böyüdürəm, məncə, “çox uşağa baxmaq çətindir” baxışı bir bəhanədir”, Rübabə Ovçuyeva deyir.

Ancaq iki azyaşlı qız anası Könul Tağıyeva 3-cü uşaq haqqında ümumiyətlə düşünmədiyini söyləyir. Niyəsini o belə izah edir:

“Əgər uşağına yaxşı təhsil vermək istəyirsənsə, birinə bu imkanı güclə yaradırsan. Tək məktəblə iş bitmir. Bunun məşğələsi, instituta hazırlaşması var. Üstəlik, həkim, dava-dərman od qiymətinədir”.

Könül Tağıyevanın hesablamasına görə, bir uşağın aylıq xərci 300-400 manatı ötür.

çoxuşaqlı ailəFotonun5 uşaqdan artıq ailələrdə hər uşağa görə 30 manat müavinət verilir

30 manatlı müavinət

Hökumət 5-dən artıq uşağı olan ailələr üçün müəyyən güzəştlər edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, “beşdən çox uşağı olan qadınların hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin edilib”.

Nazirlik hesab edir ki, ailələrdə 3 və daha artıq uşaqların doğulması azalsa da, nikahların artması bir və iki uşaqlı ailələrin sayının da çoxalmasına səbəb olub: “Bu da nəticədə ölkədə uşaqların və ümumilikdə, əhalinin sayına müsbət təsir edib”.

Azərbaycanca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, hökumət aiələlərdə çoxuşaqlı stimullaşdırmağa çalışır və çoxuşaqlı ailələrə hər uşaq üçün 30 manat müavinət verir.

Bu il hər uşağı üçün 30 manatlıq müavinət alan anaların sayı 9 mindən artıqdır. Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyir.

Bəs 30 manat bir uşağın aylıq xərcini qarşılamağa yetirmi?

Aynur Veysılova deyir ki, hazırda parlamentin aidiyyətli komitələri gələn ilin büdcəsində bu müavinətin artırılmasını təklif ediblər.

Əgər 1999-cu ilə qədər 18 yaşa qədər uşaqları olan ev təsərrüfatlarında 3 və daha artıq uşaqlı ailələrin sayı 539 min olubsa, 10 il sonra bu rəqəm 387 minə düşüb.

Dövlət Statistika Komitəsinin 1999 və 2009-cu illərdə apardığı əhalinin siyahıyaalınması məlumatlarının müqayisəli təhlilinə görə, azalma həm şəhər, həm də kənd yerlərində müşahidə olunub.

Məsələn, əgər 1999-cu ilin nəticələrinə əsasən, kənd yerlərində 3 və 4 uşaqlı ailələrin sayı 48 faiz olubsa, 2009-cu ilin nəticəsinə görə, belə ailələr 33 faiz təşkil edib.

Halbukli, 1999-2009-cu illər arasındakı 10 il ərzində 18 yaşaqədər uşaqları olan ev təsərrüfatlarının sayı 350 min artıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL