Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“AMAY Abdulla” barəsində yenidən cinayət işi başlanılıb

Tarix:10-11-2017, 13:55 Baxış Sayı:161

“AMAY Abdulla” barəsində yenidən cinayət işi başlanılıb

“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsində yenidən cinayət işi başlanılıb.

Bu barədə “Report”a vəkil Kamandar Nəsibov məlumat verib.

O bildirib ki, A.Abdullayev zərərçəkmiş Elçin Kərimova qarşı dələduzluq edib: “Abdulla Abdullayev 2012-ci ildə müvəkkilim Elçin Kərimova dəyəri 256 min dollar olan 3 qeyri-yaşayış obyekti satıb. Lakin həmin obyektlərin daha əvvəl 4 nəfərə də satıldığı məlum olub”.

Onun sözlərinə görə, dələduzluq əməli ilə bağlı bir müddət əvvəl Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, daha sonra araşdırılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq söbəsinə göndərilib: “İstinaq şöbəsində isə Abdulla Abdullayev axtarışa verildi. Çünkü o, istintaqdan gizlənirdi. Noyabrın 7-də Abdulla Abdullayevi saxlanılaraq, polis idarəsinə gətirilib. Ötən gecə isə onu azadlığa buraxıblar”.

K.Nəsibov qeyd edib ki, A.Abdullayevin barəsində həbs qətimkan tədbiri və ya həbsiz qətinkan tədbiri seçilməyib: “İdarədən bizə bildirdilər ki, Abdulla Avdullayevin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilir. Onun cinayət işi həmin idarədə araşdırılacaq. Bizə bildirildi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abdulla Abdullayevin 7 milyon manat dəyərində cinayət işi araşdırılır. Bizim işi də həmin işə birləşdirəcəklər “.

Vəkil söyləyib ki, A.Abdullayev saxlanılan zaman müvəkkili ilə aralarında üzləşmə aparılıb: “Həmin zaman Abdulla Abdullayev qismən əməlini etiraf etdi. O, gah dedi ki, bir obyektin satılması yadındadı, gah da dedi ki, o birsi obyekt yadında deyil”.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmə isə inun barəsində şərti cəza verib və A.Abdullayev məhkəmə zalından azadlığa vuraxılıb.

Tural Milli

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL