Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var - RƏSMİ

Tarix:14-11-2017, 13:48 Baxış Sayı:155

İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var - RƏSMİ

İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

 

H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır:

 

“Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir. İraq Respublikasının hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyilə də əsas təmaslarımızı aparırıq. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar gedir. İlkin olaraq, orada olan azərbaycanlıların humanitar şəraitinin yaxşılaşdırılmasına çalışırıq”.

 

Nazirlik rəsmisi bildirib ki, azərbaycanlı 4 yaşlı Abdulla ilə bərabər olan 3 yaşlı Xədicənin kimliyi hələ də müəyyənləşməyib:

 

“Orada qalan uşaqların valideynlərinin kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Azyaşlı Xədicə adlandırılan qızcığaz da danışmaq iqtidarında olmadığı üçün onun yaxınlarının müəyyənləşməsində çətinliklər var. Hazırda onun valideynlərinin kimliyi dəqiqliklə yoxlanılır. Amma əvvəl də açıqladığımız kimi, həmin qızın Abdulla adlı uşağın bacısı olması öz təsdiqini tapmayıb”.

 

Qeyd edək ki, valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla 2017-ci il oktyabrın 12-də Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.Bir neçə gün əvvəl iraqlı deputat Vian Dahil  bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL