Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Qobustan həbsxanasından göndərilən məktublar geri qayıdır

Tarix:14-11-2017, 12:15 Baxış Sayı:131

Qobustan həbsxanasından göndərilən məktublar geri qayıdır

Taleh Bağırzadə: “Tələsən yerimiz yoxdur”

Noyabrın 13-də vəkil Cavad Cavadov Qobustanda yerləşən həbsxanada saxlanılan Mövsüm Səmədov, Abbas Hüseynov və Taleh Bağırzadə ilə görüşüb. Bu barədə o, sosial şəbəkə vasitəsi ilə mediaya açıqlama verib.

Abbas Hüseynova töhmət verilib

Vəkil bildirib ki, Abbas Hüseynovun əhvalı yaxşıdır. Saxlanılma şəraitində müəyyən dəyişiklik baş versə də problemlər qalmaqdadır : “Belə ki, onu tavanı tökülən və bərbad durumda olan kameradan nisbətən təmirli, lakin beş nəfərlik kameraya keçirilib. Bununla belə ümumən əvvəlki problemlər də qalmaqdadır. Əvvəlki kamerada və həbsxanada olan digər kameralarda ayaq yolu hər hansı arakəsmə olmadan kameranın daxilində yerləşir. Su sutkada üç dəfə 2-3 saat verildiyindən və verilən andan bütün həbsxana sudan istifadə etməyə başladığından suyun təzyiqi çox aşağı düşür, su ehtiyatı yığmaqda ciddi çətinlik yaranır. Abbas Hüseynov bildirib ki, onun gündəlik bir saatlıq gəzintiyə çıxarılması gündə konkret vaxtda deyil, pərakəndə olaraq (bir gün bir vaxtda, növbəti gün başqa vaxtda) vaxtını qabaqcadan demədən edildiyindən o buna etirazını bildirmiş və buna görə ona əsassız töhmət verimlişdir. Abbas Hüseynovun ailəsinə yaşadığı ünvana göndərdiyi üç məktub poçt tərəfindən geri qaytarılıb ki, evdə adam yoxdur. Halbu ki, evlərində daimi kimsə olur. Məktubların izləmə nömələri SS420560124AZ, SS420560685AZ, SS420560861AZ. Məktubları AZ1022 saylı poçt şöbəsi çatdıra bilmir. Bununla bağlı müdafiə tərəfi olaraq araşdırma aparacayıq və rəsmi sorğular veriləcək”,-deyə Cavad Cavadov bildirib. Vəkil həmin məktubların Abbas Hüseynovun ailəsinə çatdırılması üçün həbsaxanın müdriyyəti tərəfindən ona verildiyini də deyib.

Mövsüm Səmədov da bütün dostlara salamlarının çatdırılmasını xahiş edib. Onun da saxlanılma şəraitində dəyişiklik olmadığını və Abbas Hüseynovun saxlanma şəraiti ilə bağlı problemlərin doktor Səmədov üçün də eynilik təşkil etdiyini bildirib.

Taleh Bağırzadə dünya ədəbiyyatından mütaliələr edir

Vəkil Taleh Bağırovun ruhiyyəsnin əla olduğunu bildirib. Amma o, öz saxlanılma şəritindən yenə də danışmaq istəməyib. Mütaliyə ilə məşğuldu. Bildirdiyinə görə bir gün öncə Henri Kissingerin “Diplomatiya”, ondan əvvəl Lev Trotskinin “Məktublar və gündəliklər” kitabını oxuyub bitirmişdir. “Tələsən yerimiz yoxdur. Biz Allahın mübariz insanlara vəd verdiyi günün intizarındayıq”,- deyə Taleh Bağırzadə dostlarına bu mesajı çatdırmasını vəkildən xahiş edib.

Cavad Cavadov son olaraq onu qeyd edib ki, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərdə bağlı müdriyyət bildirir ki, problemlər binanın köhnə olması və infrastrukturla bağlıdır. Hazırda Bakının Umbakı qəsəbəsində yeni həbsxana inşa olunur, lakin nə vaxta hazır olacağı ilə bağlı konkret vaxt deyilmir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL