Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Vidadi Zeynalov və başqalarının üzərindən həbs götürülən əmlakının siyahısı

Tarix:22-11-2017, 12:34 Baxış Sayı:145

Vidadi Zeynalov və başqalarının üzərindən həbs götürülən əmlakının siyahısı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və başqalarının üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən(apa), Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri- yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.

Bundan əlavə digər təqsirləndirilən şəxslərə məxsus əmlaklar üzərindən də həbs götürülüb.

Həmin əmlaklara tətbiq edilmiş müsadirəyə aid hissə hökmdən xaric edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri 313-cü maddə üzrə cəza təyin etmə müddəti keçdiyindən həmin maddə hökmdən xaric edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa çıxıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL