Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Kiyev şəhər Apellyasiya Məhkəməsi noyabrın 30-da saat 10-da Niderland vətəndaşı olan azərbaycanlı jurnalist FVikrət Hüseynli ilə bağlı prokurorluğun protestinə baxacaq. Bu barədə Amerikanın Səsinə hazırda Ukraynada olan Fikrət Hüseynlinin özü məlumat verib.
Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un “qırmızı bildirişlər” sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.
Fikrət Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
Oktyabrın 27-də Fikrət Hüseynlini Kiyevin Lukyanov şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. Fikrət Hüseynli məhkəm zalından azadlığa buraxılıb. Məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycan ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib.
Onun sözlərinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olması ilə bağlı məhkəmə qərarı ilə razılaşmır və protest verib.
“Mən hazırda Kiyevdəyəm. Hələ prokurorluq pasportumu qaytarmayıb. Bununla bağlı məhkəmə qərar verməlidir. Hiss olunur ki, prokurorluq Azərbaycan hakimiyyəti ilə sövdələşmənin həyata keçirilməsinə cəhd edir”, o qeyd edib.
Hüseynli istintaqın qərarına uyğun olaraq bu il dekabrın sonunadək Ukraynada qalmalıdır. “Bundan sonra məhkəmə mənimlə bağlı yenidən qərar verməlidir”.
Jurnalist hesab edir ki, onun məsələsinin diqqətdə saxlanılması həm də hazırda Ukraynada saxlanılan Özbəkistan və Qazaxıstandan olan jurnalistlərin işinə də aydınlıq gətirəcək. O beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırıb.
“Mənim saxlanmağımla bağlı məsələ diqqətədə saxlanılmalıdır ki, İnterpol xətti ilə jurnalistlərin həbsi avtoritar rejimlər üçün platforma olmasın. Çünki Ukraynada hazırda 3 jurnalist saxlanılıb, onlardan biri, Qazaxıstandan olan jurnalist Janna Boto hələ də həbsdədir”, Hüseynli qeyd edib.