Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Dünən tanınmış modelyer Leyla Əhmədova həyatının təhlükədəolduğunu bildirmişdi. Modelyer icarəyə götürdüyü yerin sahibləri tərəfindən hədələndiyini deyərək prezidentin sabiq köməkçisinin adını vurğulamışdı.
“Bir il öncə Nizami Ağayev vəLütfəliyev Azər adlı şəxslərdən icarəyə yer götürmüşəm. Həmin yerə1 milyon sərmayə yatırmışam. Üzərindən 3 ay keçdikdən sonra özbaşınalıq edərək mənə dedilər ki, buradan çıxmalısan. Halbuki hüquqi tərəfdən mən haqlıyam.
Mənə hədə-qorxu gələrək məhkəməyə verdilər. Daha sonra isə ofisi yardılar, içəridəki əşyaları sındırdılar. Bilmirəm içəri hansı “bomjlar”ı buraxmışdılar.
Bir ildir ki, polislərin, məhkəmələrin əlində qalmışam. Yenə mənə mesaj göndərərək təhdid ediblər. Deyirlər ki, əgər çıxmasan səni tutdurarıq. Hətta ölümlə hədələnirəm”.
L.Əhmədova müraciət etdiyi hüquq orqanlarında işə baxılmadığını deyib:
“Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Bu bir il ərzində polisdə, Baş Prokurorluqda, Şəhər Prokurorluğunda, Daxili İşlər Naziliyindəolmuşam və şikayətlərimi yazmışam. Amma nə səsimi eşidən, nə də ki, işi görən var. Cinayət işi ilə maraqlanmırlar.
Bu iş məhkəməyə getməlidir və həmin adamlar məsuliyyətə cəlb olunmalıdır. Çünki qırıb-tökməyə heç bir haqları yox idi. Polisin bunu görməzdən gəlməsi, bu iki nəfərin qudurğanlığına səbəb olub. Buna görə də üstümə gəlirlər”.
Modelyer baş verən hadisələrə görə fəaliyyətini dayandırmaq məcburiyyətindəolduğunu bildirib:
“Fəaliyyətimlə məşğul ola bilmirəm. “Azərbaycan” adlı layihə hazırlamışam və onunla Nyu-Yorkda ölkəmizi təmsil etməli idim. Məni orada gözləyirdilər. Fransada da danışıqlarım olub. Amma hazırda bütün layihələrim dondurulmuş vəziyyətdə qalıb”.
O, xüsusi narahatlıqla hətta həyatının təhlükə altında olduğunu bilrdmişdi…
Dünən yayılan xəbərdə bildirilirdi ki, Leyla Əhmədova bu gün saat 15-də mətbuat konfransı keçirəcək və aclıq aksiyasına başlayacaq.
Xatırladırıq ki, prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumları bir neçə ildir ki, modelyer xanımla əsl «müharibə» aparırlar. Tariyel Ağayevin başqaları ilə dırnaqsız müharibə aparması ilə bağlı faktlar isə ölkə mətbuatında çox yayılıb.