Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin mühakiməsi başlayıb. 1988-ci il təvəllüdlü Nail Allahverdiyev idarə etdiyi “Gelandewagen”lə iki nəfərin – maşında yanında olan Mehdi Əliyev və yolu keçən piyada Vaqif Əsədovun ölümü, həmçinin daha dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilir.
Bu gün məhkəmənin hazırlıq iclasında Nail Allahverdiyev haqqında məlumatlar dəqiqləşdiriləndə üzə çıxıb ki, o, ali təhsilli, ailəlidir. Amma hərbi xidmətdə olmayıb, heç yerdə də işləmir.
Qəzada xəsarət alanlardan ikisi Türkiyə vətəndaşları olub – Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş. Onlar məhkəməyə gəlməyib.
Nail Allahverdiyevin məhkəməsi dekabrın 1-də davam edəcək.
3 avqust 2017-ci ildə axşam saat 21 radələrində Heydər Əliyev prospektində “Mercedes-Gelandewagen” markalı avtomobil üç piyadanı vurub, ardınca taksi fəaliyyəti ilə məşğul olan başqa bir maşına çırpılıb, sonra da dəmir maneəni aşıb qarşı yola çıxaraq yanıb. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, qəzanı törədən “Gelandewagen”in sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib.
Nail Allahverdiyevin Əli Həsənovun nəvəsi olmaqla yanaşı, həm də Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin kürəkəni olduğu bildirilir.