Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Elmlər doktorlarının sayı niyə bu qədər çoxdur?

Tarix:24-11-2017, 14:39 Baxış Sayı:114

Elmlər doktorlarının sayı niyə bu qədər çoxdur?

Vəzifə tutmaq istəyənlərə bu adı almaq vacib olub

Yaxın günlərdə Azərbaycanda alimlik dərəcəsi alanların sayı haqqında maraqlı bir statistika açıqlanıb. Statistikadan aydın olur ki, ölkədə fəlsəfə doktoru və elmlər doktoru dərəcəsi alanların sayı ildən-ilə artır. Belə ki, 2014-cü ildə fəlsəfə doktoru dərəcəsi alan kişilərin sayı 5678, qadınların sayı 3901 nəfər olubsa, 2017-ci ildə bu nisbət 6359 kişi, 5179 qadın olaraq dəyişib. Elmlər doktoru dərəcəsi üzrə isə, 2014-cü ildə bu dərəcəni alan kişilərin sayı 1920 nəfərdən 2017-ci ildə 2067 nəfərə, qadınların sayı isə 331 nəfərdən 453 nəfərə qədər artıb. Şübhəsiz, elmin inkişafı hər bir xalq üçün önəmli və əhəmiyyətlidir. Amma bu dərəcələrin artımı gerçəkdən elmin inkişafı sayəsindəmi baş verir? İnanıram ki, bu suala çoxunuz tərəddüd etmədən “yox” cavabı verəcəksiniz. Ölkədə elmin səviyyəsi irəli getmədən, elmi uğurlar beynəlxalq aləmə çıxmadan bu dərəcələr niyə və necə artır, o da çoxumuza aydındır. Ancaq bir də istədik ki, məsələlərin detallarına bu işlərin içində olan elm adamlarından biri aydınlıq gətirsin. Həmin şəxsin adını məlum səbəblərdən açıqlamayacağıq, amma əminik ki, söylədikləri hamınız üçün çox maraqlı olacaq…

İllərdir elm sahəsində çalışan alim deyir ki: “Bu statistikadır, indi hamı doktor olur. Bütün Milli Məclis üzvləri doktordur. Fəlsəfə doktorluğu işi 8 min dollardan aşağı yazılmır. Elmlər doktorunun qiyməti isə 15-16 min dollardır. Kimin pulu varsa, doktor olur. Onların içərisində əsl elmlə məşğul olanlar da var, amma azdır. Elmlə məşğul olan insanlar çox əziyyət çəkir. Onlar öz elmləri ilə məşğul olmağa zor-güc vaxt tapırlar, çünki bir neçə yerdə işləyib yaşamaq mücadiləsi verirlər.” Alimin saxta elmi dərəcələrlə bağlı dedikləri bir yana dursun, hələ görün, dərəcə üçün müdafiəyə təqdim olunan işlərin səviyyəsi nə yerdədir? “İnanın ki, elə işlər müdafiə olunur, kurs işi səviyyəsində. Universitetlərdə vəziyyət daha ağırdır. Mən müzakirələr və müdafiələrdə baş verənlərdən xəbərdaram. Savadlı bir adam müdafiə edəndə hamı deyir ki, “bax, bu insan özü yazıb”. Amma savadlıdan da qorxurlar. Yaxşı ki, dissertasiya şuralarında elə adamlar var ki. savadlıdırlar və yetim-yesiri müdafiə edirlər. Belə adamlardan hər yerdə var. Nə yaxşı ki, onlar var imiş. Təəssüf ki, savadsız doktorlar göbələk kimi artır. Hamısı da müasir dövrdən yazırlar. Fizika, riyaziyyat, kimya, ədəbiyyat, dilçilik, şərqşünaslıq, demək olar ki, bütün sahələrdə vəziyyət eynidir. Bizimkilərin “nümunə götürdüyü” Rusiyada da bənzər vəziyyətdir…”

Müsahibimin “nəyinə lazımdır axı elmlə məşğul olmayan bu adamlara o dərəcə, maaşa görəmi?” sualımıza verdiyi cavab daha şaşırdıcı oldu: “Onlara maaş lazım deyil. Onlar doktor olurlar ki. elmi idarələrdə yerləri tutsunlar. Doktor deputatlar həm də kafedra müdirləridir. Onlara bunu təlqin edirlər ki, doktor olun və sizləri oralarda vəzifəyə gətirəcəyik. Onlar da elmi siyasiləşdirirlər. Artıq humanitarlar siyasiləşib. İndi də keçiblər o biri sahələrə… Düzdü, orada siyasiləşmə keçmir, amma savadsızları iş başına gətirirlər. Əsl elmlə məşğul olanlar çox əziyyət çəkirlər. Ora-bura qaçırlar ki. ailələrini saxlasınlar. O birilərinsə buna ehtiyacları yoxdur. Siz maraq üçün həftənin tək günləri AMEA-nın həyətinə gəlin. Görün orada nə qədər bahalı maşınlar var. Doktor 450 manat alır. Bununla o maşını ala bilərmi? Gəlin, onların şəkillərini çəkin, yer olmur. Bunlar səviyyəsiz və harın adamlardır. Əksəriyyətinin şadlıq evləri, restoranları, mağazaları var. Qalanları da hansısa vəzifəlinin adamlarıdır. Bura əyləncə və istirahət yeri kimi baxırlar. Amma doktordurlar.”

Elmi dərəcələrin say artımı ilə bağlı “sirr”in gizli məqamları aydın oldu. Həm də bunu illərdir elmi araşdırmaların içində kirpiyi ilə od götürən bir alim deyir. Öz zəhməti, çalışmaları ilə bu yerlərə gələn və aldığı məvaciblə ailəsini zorla dolandıran biri…

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL