Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Gələn həftənin ilk günündən – dekabrın 4-dən Dalğa TV yayıma başlayır
Dekabrın 4-dən Azərbaycanda daha bir telekanal efirə çıxacaq. Bu kanalın yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ)noyabrın 14-də keçirilən iclasında müddətsiz lisenziya verilib.
Həmin iclasla bağlı MTRŞ-nın saytında (http://www.ntrc.gov.az/az/content/news/567.html) qoyulan xəbərdə deyilir: “14 noyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir”.
Kanalın qısa zamanda lisenziya alması səbəbsiz deyil. Bu kanal «Xəzər TV» Məhdud Məsuliyyətli Cəmiyyət şirkətinindir. Onun sahibi Samanyolu Yayım Qrupudu. Xəzər TV MMC-nin rəhbəri də Şamxal Əli oğlu Həsənlidir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun oğlu. Lisenziya verən qurumda – Milli Televiziya və Radio Şurasında bu kanala müddətsiz lisenziya üçün qərara səs verənlərdən biri, həm də sədr müavini Sona Vəliyevadır – Əli Həsənovun həyat yoldaşı. O, 2007-ci ildən MTRŞ üzvü, 2015-ci ilin yanvarından sədr müavinidir. Heç bir maraqlar konfliktinə ziyan dəyməyib…
Yeni telekanalın saytı da (http://www.dalga.az/) artıq fəaliyyətdədir. Yazılanlara görə, bu kanalda seriallar, tv-şoular, filmlər göstəriləcək.
Yeni kanal Xəzər TV-nin Nobel prospektindəki binasında fəaliyyət göstərəcək.
“Xəzər” Televiziyası 2007-ci ildə yaradılıb. 2007-ci il oktyabrın əvvəllərindən fəaliyyətə başlayıb.
Milli Televiziya və Radio Şurasının 25 oktyabr 2013-cü il tarixli qərarı ilə «Xəzər TV» Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə uyğun olaraq lisenziyalar müddətsiz hesab edilib.