Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

MTN generalına hökm oxundu

Tarix:30-11-2017, 12:29 Baxış Sayı:167

MTN generalına hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə Elçin Quliyev xüsusi nəzarət altında gətirilib və məhkəmə zalı yoxlanılıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Prosesdə təqsirləndirilən şəxslərin hərbi rütbəsinin geri alınması ilə bağlı ölkə başçısına müraciət olunmasına dair  qərar qəbul olunub

Məhkəmə DTX-nın təqsirləndirilən şəxslərə qarşı 7 milyon manata yaxın mülki iddiasını təmin edib. Onların əmlakları dövlətin xeyrinə müsadirə olunması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.

Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL