Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Tarix:30-11-2017, 14:33 Baxış Sayı:128

Hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Buna səbəb isə şəhər rəhbərliyinin onların noyabrın 18-də keçirmək istədiyi mitinqə icazə verməməsidir. Bu haqda AzadlıqRadiosuna məhkəmədə iddia qaldırmış hüquqşünaslardan Samirə Ağayeva məlumat verib.

Hüquqşünasların iddiasına 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova baxacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən hüquqşünaslar arasında S.Ağayeva ilə yanaşı, Xalid Bağırov, Namizəd Səfərov da var.

Hüquqşünasların bir araya gələrək yaratdıqları Praktik Hüquqşünaslar Qrupu (PHQ) qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq, mitinq keçirmək istəyirdi. Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.

Hüquqşünaslar mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara imtina cavabı verib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab məktubunda hüquqşünaslara xatırladıb ki, onların narazı olduğu dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.

Amir Nur

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL