Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”.
Bu sözləri Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova deyib. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda o bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib:
“5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə deqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi, sudurğa tutdu. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi.
Daha sonra Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib getdiyimin heç kimə aidiyyatı yoxdur. Özü də baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu və bu kimi ifadələr işlətdim. İndi üstümə şər atırlar ki, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədyim bir şeyi boynuma qoymaq istəyirlər.
Atamı universitetə çağırıb yanımda təhqir ediblər. “Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyib.
Bütün yaşananların səbəbi mənim haqsızlığa boyun əyməməyimdir. Hər il 2000 manat təhsil haqqı ödəyirəm və təhsil almaq tam haqqımdır. Gələcəyin anası, bir qadın olaraq bu təhqirlərə göz yuma bilmərəm. Mənim vətənimə canım qurbandır, narazılığım bizi incidən, vəzifələrindən sui-istifadə edən insanlara qarşıdır”.
Rektor bildirib ki, qrupdakı qızları təşkilata qoşulmağa təşviq etdiyi üçün tələbə hazırda başqa bir qrupa keçirilib. Ancaq qovulmaq və ya təhqir olunmaqdan söz belə gedə bilməz:
“Əvvəla, 5 qaib nədir ki, onun üstündə biz tələbəni dərsdən uzaqlaşdıraq və yaxud hər hansı bir tədbir görək. Bu, absurd bir fikirdir. Sadəcə olaraq xəbərdarlıq etmək və dərsə gəlməməsinin səbəbini öyrənmək üçün otağa çağırmışdıq. Bu, mütəmadi olaraq apardığımız işdir və otağa çağırılmış tək tələbə Fəridə deyil. Hər bir müəssisənin öz qanunları var. Tələbə özü də aqressiv idi. Düzü, nə baş verdi heç biz də anlamadıq. Başladı dövlət, xalq, millətçilik haqqında kobud ifadələr işlətməyə. Avtoritar cəmiyyətdə yaşadığımızı bildirdi. Torpağımıza, suyumuza demədiyi söz qalmadı.
Biz də fikirləşdik ki, belə bir tələbəni auditoriyada saxlamaq doğru deyil. Görünür ki, tələbə hansısa bir təşkilatla bağlıdır və tələbələri də təşviq etməməsi üçün onu həmin qrupdan uzaqlaşdırdıq. Hazırda nə universitetdən xaric olunub, nə başqa bir şey.