Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İşsizlik, yoxsa beyin çatışmazlığı?

Tarix:12-12-2017, 13:41 Baxış Sayı:151

İşsizlik, yoxsa beyin çatışmazlığı?

“Azərbaycanın 4,6 mln. əmək qabiliyyətli əhalisinin cəmi 32%-nin ali və orta ixtisas təhsil müəssisələrində, habelə kolleclərdə əldə etdiyi ixtisası var. Hər iki orta məktəb məzunundan biri peşə bacarıqları əldə etmək üçün hansısa təhsil müəssisəsinə daxil olmağı lazım bilmir”. Bu statistikanı “Azərbaycanda işçi qüvvənin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə” mövzusunda ötən həftə keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlayıb.

Onun sözlərinə görə, işsizlərin və iş axtaran vətəndaşların nə təhsili, nə peşə keyfiyyətləri və təcrübəsi müasir əmək bazarının tələblərinə uyğun deyil ki, bu da ölkədə işsizliyin əsas səbəblərindən biridir. Bu gün müəssisə və şirkətlərə işçi qəbulu beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış yeni peşə və ixtisas standartlarına əsasən həyata keçirilir. Vakansiyalara namizədlərin heç də hamısı bu tələblərə cavab vermir.

Tədbirdə əmək bazarındakı vəziyyətin bütün aspektləri müzakirə olunub. Məlum olub ki, bu və ya digər ixtisasa tələb və təklif arasında tarazsızlıq müxtəlif profilli kadrların təkrar istehsalı, ali məktəblərdə və orta ixtisas məktəblərində kadrların hazırlıq səviyyəsinin aşağı olması, gənclərin perspektivsiz ixtisaslar üzrə təhsil alması, proseslərin texnolojiləşdirilməsi ilə əlaqədar istehsalatda yerlərin ixtisarı ilə bağlıdır. Belə bir nəticə çıxır: müstəqil ekspertlərin hesablamalarına görə ölkədə işsizliyin real səviyyəsi Dövlət Məşğulluq Xidmətinin iddia etdiyi kimi 5% deyil, təxminən 14-15%-dir.

Və ekspertlər hesab edirlər ki, dövlət təcili tədbirlər görməlidir. Amma işə götürənlərin bununla bağlı fikri də maraqlıdır. Burada isə tamamilə fərqli mənzərə ortaya çıxır: vakansiya var, mütəxəssis yoxdur. Yaxşı kadrları günün günorta çağı şamla axtarırlar. Başdan-ayağa paradoks…

Rekrutoloqlar həmrəydir: artıq işə götürənlər təhsilli, təşəbbüslü, çalışqan, iş təcrübəsi olanlara üstünlük verirlər. Bir sözlə – peşəkarlara. Bəs Dövlət Məşğulluq Xidməti işə götürənlərə kimləri təklif edir? Statistikaya əsasən, Azərbaycan işsizi 30-49 yaşlarında, ali təhsili və dil biliyi olmayan insandır. Problemin gender aspekti də var: işsizlərin yarıdan çoxunu orta yaşlı qadınlar təşkil edir. Mağazada satıcı, firmada xadimə və ya inşaatda ixtisassız fəhlə kimi işləməyə uyğun gəlirlər, amma otel meneceri, mühasib və ya qida texnoloqu kimi – bağışlayın.

Demək olar ki, inqilabi vəziyyət yaranır – aşağılar iş tapa bilmir, yuxarılar isə onu vermək istəmir, çünki “belə bir iş” yoxdur. Və burada Dövlət Məşğulluq Xidmətinin şəxsində dövləti qınamaq çətindir – o, bu vəziyyəti sabitləşdirmək üçün bəzi şeylər edir: ixtisasdəyişmə kursları və digər dövlət proqramları var.

Başqa bir məsələ maraqlıdır: niyə iş qabiliyyətli əhalinin faizi yüksək olan, hər il 35 mindən çox insanın universitet və kollec bitirdiyi bir ölkədə yaxşı işçi tapmaq çətindir? Mağazalara malları daşıyan ekspeditor deyil, başı ilə işləyə bilən, biznes layihəsi hazırlaya, maliyyə hesabatı tərtib edə, düzgün diaqnoz qoya bilən birini. İT sahəsində kadr problemi hamıya məlumdur. Amma, axı çatışmayan təkcə proqramçılar deyil. Böyüyən maliyyə böhranı fonunda risk meneceri, biznes-analitik, maliyyəçi, marketoloq, reklamçı defisiti yaranıb. Turan-ın müxbiri bu məsələ ilə bağlı iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən işə götürənlərlə söhbət etməyə müvəffəq olub. Bu da onların iradları:

Birincisi. Namizədlərin peşəkarlıq və ixtisas səviyyəsinin aşağı olması. Onların ali məktəblərdə (2-3 ali məktəb istisna olmaqla) aldıqları təhsil hazırki bazar tələblərinə cavab vermir. Bu, xüsusən texniklərə aiddir. Bizim ali məktəblər real işə ümumiyyətlə uyğunlaşmamış nəzəri mütəxəssislər yetişdirir. Bu zaman gənclərin maliyyə ambisiyaları da böyükdür: çox və dərhal qazanmaq istəyirlər – 1000 manat və daha yuxarı.

İkincisi. Keyfiyyətli işçi qüvvənin əmək haqqı nöqteyi-nəzərdən daha cəzbedici ölkələrə – Türkiyəyə, Qazaxıstana, Rusiyaya axını – bu ölkələrdə eyni işə görə 3-4 dəfə çox qazanc əldə etmək olar. Belə bir arqument qarşısında heç nə demək olmaz.

Deməli, Azərbaycan əmək haqqının ölçüsünə görə rəqabətədavamlı deyil, bu da əmək miqrasiyasının mənfi saldosunun səbəblərindəndir. Belə ki, Migration Policy İnstitute-un məlumatına görə, bu gün Azərbaycan əsilli 1 mln. 147 min insan başqa ölkələrdə yaşayır. Həmvətənlərimizin 7676 mini Rusiyada, 82 mini Ukraynada, 48 mini Qazaxıstanda, 20 mini ABŞ-da, bir o qədər Özbəkistanda, 19 min nəfər Almaniyada və 17 mini Türkiyədə yaşayır. Amma rəsmi statistika iddia edir ki, 2016-cı ildə ölkədən daimi yaşayış üçün gedənlərin sayı daimi yaşayış üçün gələnlərin sayından azdır – müvafiq olaraq 1700 və 3200.

Ekspertlər müstəqil araşdırmaların nəticələrinə əsaslanaraq, rəsmi statistikaya şübhə ilə yanaşırlar. İqtisadçı Samir Əliyevin fikrincə, miqrasiya axınının hesablanması zamanı metodologiya bu sahədə real vəziyyəti əks etdirməyə imkan vermir. Ölkəyə mütəxəssis axınına təkan verəcək amillər yoxdur.

“Almaniya, Çexiya, Rusiya kimi ölkələr var ki, biz onlarla heç vaxt rəqabət apara bilmərik. Azərbaycandan oraya işçi əl və beyin axını davam edəcək. Bu, keçid iqtisadiyyatı olan ölkələr üçün səciyyəvidir. Problem ondadır ki, hökumət insanları yerində saxlamaq üçün heç nə etmir -nə əmək haqqı ilə, nə mənzillə və s. Məşğulluq probleminə tarazlaşdırılmış yanaşma yoxdur. Yalnız gurultulu bəyanatlar var, onlar da çox vaxt real ehtiyacları əks etdirmir”, deyə iqtisadçı qeyd edir. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL