Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycan yeganə ölkə oldu

Tarix:12-12-2017, 12:41 Baxış Sayı:138

Azərbaycan yeganə ölkə oldu

Azərbaycan bu il ÜDM-nin azaldığı yeganə MDB ölkəsidir və bu, neft hasilatının azalması, maliyyə sektorundakı problemlərlə bağlıdır. Yeni qaz yatağının işə salınması 2018-2019-cu illərdə artıma kömək edəcək. Bunu BMT qlobal artıma dair dekabrın 11-də açıqladığı “Dünyanın İqtisadi Durumu və Proqnozlar” adlı hesabatında bildirir.

GƏLƏN İLƏ ARTIM GÖZLƏNİR

Azərbaycanda ÜDM-nin bu il 1 faiz azaldığı qeyd olunur. Gələn ilə 1,8, 2019-cu iləsə 2,3 faiz artım proqnozlaşdırılır.

Hesabatda MDB ərazisində inflyasiyanın xeyli fərqli göründüyü bildirilir – Ermənistanda inflyasiya sıfıra yaxın, Azərbaycan və Ukraynada isə ikirəqəmli qiymət artımı qeydə alınıb. Bir çox ölkələrdə valyuta məzənnələrinin möhkəmlənməsinin qiymətlərə təzyiqi azaltdığı vurğulanır.

Sənəddə Azərbaycanda və Ukraynada inflyasiyanın uyğun olaraq 12 və 15 faiz səviyyəsində qaldığı bildirilir.

Gələn il Azərbaycanda inflyasiyanın 5,9, 2019-cu ildə 7,5 faiz olacağı proqnozlaşdırılır.

Ölkədə işsizlik səviyyəsinin isə 5,2 faiz olduğu qeyd edilir.

DÜNYADA ARTIM QEYDƏ ALINIB

Dünyadakı iqtisadi artımın bu il 3 faizə yüksəldiyini qeyd edən BMT bunu 2011-ci ildən bəri ən yüksək göstərici adlandırır. Bu əsasən, Rusiya, Braziliya, Argentina və Nigeriyanın böhrandan özünə gəlməsiylə izah olunur.

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zhenim artımdakı yüksəlişi “daha sağlam iqtisadiyyatın xoş əlaməti” adlandırıb.

Ancaq BMT rəsmisi xəbərdarlıq edib ki, bu artım “ətraf mühitin hesabına da başa gələ bilər”, özəlliklə də, istixana qazlarını miqdarı yüksələ bilər. Son illər qlobal iqtisadiyyatın ləng inkişafı atmosferə buraxılan qazların səviyyəsini də sabit saxlamışdı.

Hesabatda dünyada neftin bahalanmasının Rusiya iqtisadiyyatına yardım etdiyi bildirilir. Dekabrın 11-də Brent markalı xam neftin barreli 65 dollara satılıb ki, bu da 2015-ci ilin iyunundan ən yüksək qiymətdir. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL