Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bloger Namiq Sadiqlinın səhhətində problem var

Tarix:12-12-2017, 17:36 Baxış Sayı:163

Bloger Namiq Sadiqlinın səhhətində problem var

Binəqədidəki cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun xəstəxanaya yerləşdirilməsinə icazə vermir

Bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanan bloger Namiq Sadiqli ilə görüşdüm. Təkrar ora getməyimin əsas səbəbi Namiq bəyin səhhətində yaranmış problemlərdir. Son günlərdə 4 dəfə onun üçün təcili yardım çağırılıb, “Semaşka”ya aparılaraq orada müayinə olunub. Bunu Facebook statusunda vəkil Əsabəli Mustafayev yazır:

– Namiq bəyin dediyinə görə, həkimlər onu xəstəxanada saxlamaq istəsələr də, cəzaçəkmə müəssəsinin əməkdaşları buna razı olmayıb. Hazırda müəssisədə müalicə kursu keçir. Deməsinə görə, səhhətindəki problemlərin yaranmasının səbəbi az hərəkət etməsi, açıq havada az olması, zəif qidalanma nəticəsində imunitetinin aşağı düşməsidir. Onun səhhətindəki problemlər ilə bağlı müvafiq qurumlara müraciət olunacaq. Səhhətindəki problemlərə baxmayaraq əhval-ruhiyyəsi yüksəkdir, bütün dostlarına salam göndərir.
P.S. Namiq bəy haqqında birinci instansiya məhkəməsinin qərarından verdiyim apelyasiya şikayətinə baxılması da müşkülə düşüb. Qanuna görə, apelyasiya şikayətini alan kimi birinci instansiya məhkəməsi dərhal onu apelyasiya instansiyasına göndərməli, sonuncu isə 1 gün ərzində bu şikayətə baxmalıdır. Apelyasiya şikayətini 6 dekabr tarixində Nəsimi Rayon Məhkəməsinə (hakim Şəlalə Həsənova) təqdim etmişəm. Demək olar, 1 həftə ötüb, ancaq şikayətə hələ də baxılmayıb. Bu şikayətin hazırda harada olmasından da məlumatsızam. Bilmirəm onu hansı instansiya məhkəməsində və necə axtarım. Bəlkə bu statusdan sonra həmin şikayət barədə bir xəbər alım.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL