Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bakıda yol nişanlanma xəttinin səhv çəkilməsi sürücünün cərimələnməsi ilə nəticələnib.
Söhbət paytaxtın Yasamal rayonu, Mikayıl Müşviq küçəsində hərəkətin təşkilində yol verilən səhvdən gedir. Şəhər sakini Vüsal Hüseynli bildirib ki, bu ayın 5-də Mikayıl Müşviq küçəsinin sağ zolağı ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan avtomobilin arxasında yaşıl işığın yanmasını gözləyib. Yaşıl işıq yandıqdan sonra həmin zolaqdan düzünə hərəkət edərək yoluna davam edib. Sonradan elektron kabinetinə qayda pozmasıyla bağlı məktub gəldikdə məlum olub ki, həmin küçənin sağ zolağında ancaq sağa dönməni bildirən xətt çəkilib.
Sürücü iddia edir ki, həmin vaxt işıqforda dayanan avtomobil 1.18 nişanlanma xəttinin üstündə durduğu üçün həmin zolaqdan ancaq sağa hərəkətin icazə verildiyini görməyib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, asfalt qatında olan sağa dönmə nişanı işıqforun "stop” xəttinə qədər yol boyu bir neçə yerdə olmalıdır.
Ərazidə çəkiliş apardığımız zaman şahidi olduq ki, həqiqətən yolda nişanlanma problemi var. Bir neçə dəqiqədən sonra Baş Dövlət Yol Polisi və Siqnal İdarəsinin əməkdaşları sözügedən küçəyə gələrək baxış keçirdilər. Sonda işıqforun "stop” xəttindəki sağa dönmə nişanı pozularaq düzünə və sağa dönmə işarəsi ilə əvəzləndi. Yol boyu bir neçə yerdə də həmin nişan təkrarlandı.
Ekspertlər vurğulayırlar ki, yol hərəkətinin təşkilində olan bu cür səhvlər hərəkət iştirakçılarının hüquqlarının pozulması isə nəticələnməməlidir. Belə hallarla qarşılaşan sürücülər isə dərhal yol polisinə məlumat verməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: