Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bu gün Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlı ifadə verib.
Ə.Muxtarlı necə tutulmasında və Azərbaycana gətirilməsindən danışıb.
O bildirib ki, Azərbaycan sərhəddinə gətirilənə qədər iki maşın dəyişdirilib, üçüncü maşınla isə Azərbaycana keçirilib: “Sərhəddi keçəndən sonra maşındakılardan birinə zəng gəldi. O da kodla danışdı – “cənab general, molla gəldi, yas yerindəyik” dedi”.
Ə.Muxtarlı özünü təqsirli bilməyib.
Daha sonra şahid ifadələri dinlənildi.
Şahidlər Əfqanın güya sərhəddən qanunsuz keçdiyini, hətta onlarla əlbəyaxa olduğunu da deyib.
Proses zamanı vəkillərin narazılığına səbəb olan hadisə baş verdi. Belə ki, şahidlərin ifadələri zamanı məhkəmə zalının qapısının açıq olduğu və bayırdakı şahidlərin ifadə verən şahidin dediklərini eşitdiyi məlum oldu. Ə.Muxtarlının vəkilləri Nemət Kərimov və Elçin Sadıqov sonradan ifadə verən şahidlərin ifadələrinin nəzərə alınmaması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə yalnız bir şahidin ifadəsinin nəzərə alınmaması ilə bağlı vəsatət təmin edib.
Daha sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra da şahid ifadələri dinlənildi. Bir neçə şahid məhkəməyə gəlmədiyindən onların ifadələrinin növbəti prosesdə dinləniləcəyi elan edildi.
Proses dekabrın 28-i, saat 10.30-a qədər təxirə salındı.