Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Aprel şəhidinin ailəsi vaqonda yaşayır FOTO

Tarix:18-12-2017, 13:56 Baxış Sayı:131

Aprel şəhidinin ailəsi vaqonda yaşayır FOTO

Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir.
38 yaşlı Şaxanım Zəkərəyeva bildirib ki, oğlu şəhid olandan sonra xəstəlik tapıb: “Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm”
Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra müalicəsi üçün evlərini satıblar, indi isə çay qırağında qaz və işığı olmayan vaqonda yaşayırlar.
Ailə başçısı Nadir Zəkərəyev 1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib. N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib: “Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir torpaq yoxdur. Deyirəm necə olur axı bu boyda Şamaxıda torpaq yoxdur?”
Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib.
Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: “Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər. Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam. Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri. Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”. (BakuPost.az)

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL