Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

28 ölkədə 97 jurnalist həlak olub

Tarix:19-12-2017, 08:06 Baxış Sayı:147

28 ölkədə 97 jurnalist həlak olub

BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb. Dekabrın 18-də açıqlanan məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub.

Təşkilatın hesabatında 2016-cı illə müqayisədə jurnalist ölümün azaldığı vurğulanır. Ötən il 144 jurnalist həyatını itirib. Bildirilir ki, PEC 2008-ci ildən bəri ilk dəfə 100-dən az KİV nümayəndəsinin həlak olduğunu qeydə alıb.

10 il ərzində həlak olan jurnalistlərin sayı isə 1197-yə çatıb.

2017-ci ildə jurnalist ölümünə görə ilk pillədə Meksika yer alır. Bu ölkədə 17 media işçisi həlak olub.

İlk beşlikdə İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan da (hər birində 8 jurnalist) qərarlaşır.

Siyahıda sonrakı pillələrdə Filippin, Suriya (hər birində 6 jurnalist), Somali (5 jurnalist) və Honduras (4 jurnalist) göstərilir.

PEC-in məlumatına görə, 2017-ci ildə Rusiya, Türkiyə, Nigeriya və Yəmənin hər birində 3 media təmsilçisi həlak olub.

2017-ci ildə ötən illə müqayisədə həlak olan qadın jurnalistlərin sayı 5-dən 16-ya yüksəlib.

Bu ildə media nümayəndələri üçün ən təhlükəli region Asiya (32 jurnalist həlak olub), Latın Amerikası (29 jurnalist) və Türkiyə də daxil olmaqla Yaxın Şərq (21) hesab olunub.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL