29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“The Independent” qəzetində təhlilçi Kim Sengupta yazır ki, İran etirazlarında ölənlərin sayı artır. Onlardan birini 11 yaşı var, digəri isə inqilab keşikçilərindəndir.
Senguptanın fikrincə bunlar İran etirazlarının keyfiyyətcə yeni mərhələyə qədəm basdığından xəbər verir.
Onun fikrincə mühafizəkarlar bu ölümlərə görə yerli ekstremistləri və ya xarici casusları ittiham edə bilərlər. Nümayişlərdə iştirak edənlərin əksəriyyəti mümkün təxribatlardan narahatdır.
Məqalədə deyilir kİ, etirazların belə sürətlə yayılması təəccüb, çaşqınlıq və əlbəttə müəyyən qəsd nəzəriyyələri yaradıb. Donald Trump-ın etirazçılara çağırışları vəziyyəti daha da mürəkkəbləşdirir.
Etirazlar ötən cümə axşamı günü İran şiəliyinin mərkəzi şəhəri və Ruhaninin rəqibi Ebrahim Rəisinin vətəni olan Məşhəddə başlanıb. Bu etirazlardakı şüarlar da məhz anti-Ruhani xarakteri daşıyırdı.
Lakin etirazlar genişləndikdən sonra artıq korrupsiyaya, artan qiymətlərə etirazla yanaşı, siyasi sistemə və hətta ali rəhbərin özünə qarşı da etiraz şüarları səslənib.
Bəzi nümayişçilər İran inqilabının devirdiyi şahı yada salaraq ona rəhmət oxuyublar.
Nümayişlər genişləndikcə zorakılıqlar da artır. İndi Bəsic ictimai polisinin üzərinə hücumu, Kirmanşahda polis məntəqəsinə basqını göstərən videolar yayılır.
Təkcə Tehranda 200-dək saxlanan var. Hökumət sosial media saytlarını, Instagram və Telegram-ı, bağlayıb, lakin yürüşlər dayanmaq bilmir.
23 yaşlı tələbə Həmid narahatdır ki, bu etirazlara liderlik edən yoxdur. Onun fikrincə etirazların məqsədi yalnız və yalnız hökuməti devirmək olmalıdır.
Həmid bundan da narahatdır ki, nümayişlərə mötədil prezident Ruhaninin seçilməsindən incik qalan mühafizəkarlar da qoşulublar.
28 yaşlı, işsız mühəndis Bijan da narahatdır ki, vəziyyətdən sui-istifadə edənlər ola bilər.
“Biz bu məsələyə nə mühafizəkarların, nə səudların, nə də amerikalıların qarışmasını istəmirik. Biz prezident Ruhaninin postunu tərk etməsini istəmirik” – deyir Bijan.

Sengupta yazır ki, Məşhəd və Qum kimi dini şəhərlərdə də etirazların baş verməsi onu təəccübləndirməyib.
O yazır ki, 18 ay əvvəl İrana səfəri zamanı şiələrin Vatikanı sayılan Qumda gənclərin mövcud vəziyyətdən necə narazı olduqlarının, dəyişiklik istədiklərinin şahidi olub.
Ruhanilər dini rəhbər ayətullah Əli Xameneyinin vəziyyətə kifayət qədər fəal müdaxilə etməməsindən narahatdırlar. O, İranın düşmənlərini tənqid edərək, bu hadisələrdən yüksəkdə dayanmağa çalışır.
Bəziləri isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu yaxınlarda dediklərini unutmayıblar.
“Biz elə işləyəcəyik ki, çarpışma İranın içində olacaq” – demişdi şahzadə.
Həsən Ruhaninin hökuməti çətin durumdadır. Onun hakimiyyəti bəzi iqtisadi faydalar gətirib. Məsələn İran öz neftini qlobal bazara çıxarıb. Lakin ABŞ-ın bəzi sanksiyaları qüvvədə saxlaması Ruhani hökumətinin əl-qolunu bağlayır.
Trump-ın nüvə sazişini dəstəkləməkdən imtina etməsi beynəlxalq qeyri-müəyyənlik yaradıb.
İşsizlik ötən illə müqayisədə yüksəlib, ərzaq qiymətləri son aylarda 40 faizədək bahalaşıb.
Hökumət toyuq ətinin qıtlığını quş qripinin yayılması ilə izah edir.
Ruhani habelə hökumətində kifayət qədər qadının olmamasına görə tənqid edilir.
Prezidentin özü gileylənir ki, mühafizəkar ruhanilər onun cəmiyyətə daha çox liberal dəyişikliklər gətirmək planlarını bloklayırlar.
Lakin biznesmen Daryuş Qorbani kimi adamlar prezidentdən cəsarətli addımlar gözləyirlər.
Onlar islahatların tez bir zamanda həyata keçirilməsini tələb edirlər.
“Əgər prezidenti bloklayırlarsa, onda o bu blokları açmalıdır. Adamlar ona dəstək verərlər. Amma zorakılıqdan, ölümlərdən ehtiyatlanmalar var. İzaholunmaz atəş səsləri gəlir. Bunları edən kimlərdir?” – deyir Qorbani.