Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
2016-cı ildə Malta vətəndaşlığı almış 2 min 200 nəfər içində azərbaycanlı da var. Malta hökumətinin yanvarın 9-da açıqladığı siyahıda Eldar Mahmud oğlu Qəribovun adına rast gəlinir.
Bir neçə gün öncə “Lovin Malta” saytı yazırdı ki, 2016-cı ildə Fərdi İnvestor Proqramı (Individual Investor Programme – IIP) çərçivəsində Malta vətəndaşlığını almış şəxslərin siyahısından bəzi adları oxucularının köməyilə əldə edib. Sayt onu da qeyd edirdi ki, hökumət həmin şəxslərin kimliyini təsdiqləməyib deyə, onların adlarının Malta pasportu sahibləriylə sadəcə oxşar olması versiyası da var.
“Lovin Malta” 2016-cı ildə Malta vətəndaşlığını aldığı bildirilən azərbaycanlının ölkənin ən böyük banklarından olan Unibank-ın müşahidə şurasının sədri Eldar Qəribov olduğunu yazırdı. Ancaq AzadlıqRadiosu, hələlik, bununla bağlı bankdan açıqlama ala bilməyib.
Qeyd edək ki, ötən il açıqlanmış məlumata görə, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bankın səhmlərinin 41,9%-nə nəzarət edir. Bankın Nizamnamə kapitalının 70% artırılmasından əvvəl bu göstərici 56,9% olub.
RUSİYA VƏ SƏUDİYYƏ İNVESTORLARI
Rusiyanın “Restavracia ” daşınmaz əmlak firmasının rəhbəri və administrativ meneceri Enver və Vasily Kuzmin-lər, Moskvada ən böyük tikinti şirkətlərindən olan “Stroyteks”in təsisçisi Vladimir Anatolievich Semenikhin də Malta vətəndaşlığı almış şəxslər sırasındadır.
Daha sonra siyahıda Rusiyanın böyük kibertəhlükəsizlik firması olan “Kaspersky Lab”ın həmtəsisçisi Alexey De-Monderik-in, Rusiyahnın Petroneft şirkətinin sədri Roman Evgenievich Trushev-in də adları çəkilir.
AzadlıqRadiosunun rus xidməti son 3 ildə onlarla rusiyalı biznesmenin Malta vətəndaşlığını əldə etdiyini, pulunu bu ölkənin iqtisadiyyatına yatırmağa razılaşdığını qeyd edir. Malta hökumətinin dərc etdiyi siyahıda Rusiyadan azı 730 tanınmış şəxsin adının olduğu vurğulanır.
Səudiyyənin media maqnatı, Yaxın Şərq Yayım Şirkətinin (MBC) yaradıcısı Sheikh Ibrahim Waleed Alibrahim-in, KPMG audit şirkətinin Səudiyyə filialının sədriAbdullah Al Fozan-ın, Səudiyyənin Zamil Group investisiya firmasının direktorları Adib, Fahad, Tawfiq və Waleed Abdullah Al-Hamad Al-Zamil-in də Malta vətəndaşlığı aldıqları qeyd edilir.
650 MİN AVRON VARSA…
Malta 2014-cü ilin yanvarından vətəndaşlığın satışına başlayıb. “İnvestisiya əvəzində Malta vətəndaşlığı” proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama görə, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avro ödəməklə almaq olar. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.
O zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.