Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun istintaqa verdiyi ifadəsi məlum olub.
O, istintaqda dindirilərkən qeyd edib ki, 2001-ci ildən “Çudo Peçka” MMC-nin təsis edib, qida istehsalı və satışı ilə məşğul olub.
Ç.Cəlilov bildirib ki, işlə bağlı bir neçə banka kredit üçün müraciət edilib: “Götürülən kreditlər vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə “Bakı Biskivit Fabriki”ni fəaliyyətə gətirmək üçün işləməyə başladıq. Yaşar Babayevin sahibi olduğu “ABU Holding”in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də “Standart Bank”ın İdarə Heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz onunla münasibətdə olurdu”.

Ç.Cəlilov qeyd edib ki, qardaşı Pərviz Cəlilov bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib və təkliflə razılaşıb: “2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus “Kes Holdings Limited” şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti “Bank Standard”ın təşəbbüsü ilə yaranan “Bakery operatinq Company” MMC-yə kənar idarəçiliyinə verdi. Bundan başqa, Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Müqaviləyə əsasən, ələva olaraq hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı mənə ödənilməliydi. “Bakery operatinq Company” MMC-in rəhbəri də Xəyal Abdinov oldu”.
O, vurğulayıb ki, S.Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirməyib: “Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəmili olduğu 30 min manatı da verməyib. Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2006-cı ilədək Səlim Kirmanın sərəncamında olub”.

Ç.Cəlilovun sözlərinə görə, S.Kirman 2012-ci ildə ona “Çudo Peçka” MMC-nin daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb: “Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə olmuşdur. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi vermədilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini bildiridi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail Rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Məhkəmə bizi cavabdeh kimi qəbul edib, əlehimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən “Çudo Peçka” şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, iki köhnə borcuma aid 150 min manata yaxın mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank ənəkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailəmin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib”.

Ç.Cəlilov dindirilərkən söyləyib ki, S.Kirmanın təklifi ilə o, övladları və qardaşı ilə yanaşı, işçilərin, qohumlarının da adına kreditlər götürüb: “Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazində olan mağazalar açıldı. Həmçinin “5 Qazan” kulinariya evi işə salındı. Bundan başqa, torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı”.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib, bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib: “Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb, məsələni aydınlaşdırmaq bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim Kirman isə dedi ki, “bu bankın rəhbəri Heydər Babayevin və onun xanımın qərarı idi”. Şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə getdi. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi alınmayıb”.