Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Mühasib: “Leyla Şıxlinskaya” klinikasında “qara” sənədlər məhv edildi”

Tarix:11-01-2018, 17:09 Baxış Sayı:152

Mühasib: “Leyla Şıxlinskaya” klinikasında “qara” sənədlər məhv edildi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesində şahid qismində Bəxtiyar Musayev ifadə verib.

O, klinikada baş həkim, cərrah işlədəyini, klinikanın sahibi Leyla Şıxliniskaya ilə münasibətlərinin normal olduğunu bildirib.

Daha sonra dövlət ittihamçısının sualına cavab verən B.Musayev işdən çıxmaq üçün ərizə yazdığını söyləyib.

Prokuror bildirib ki, təqsirləndirilən Şəhla Abbasova ötən məhkəmə iclasında həkimlərin rəsmi maaşı 300-400 manat olduğu halda onlara 30 min manata yaxın maaş verildiyini qeyd edib. Dövlət ittihamçısı şahidə “siz maaşı kartla almısınız?” sualı ünvanlayıb.

B.Musayev söyləyib ki, adına maaş kartı var. Lakin o, aylıq nə qədər maaş aldığını açıqlamayıb. Həkim bildirib ki, aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edir: “Klinikaya gətirilən xəstələrin ödəniş edilmədən əməliyyat edilib-edilməməsi ilə bağlı suala isə cavab vermək istəmirəm. Çünkü bu mənim səlahiyyətimə aid deyil və maraqlanmıram”.

B.Musayev bildirib ki, bəzi xəstələr əməliyyat olunsa da, ödəniş etməyiblər: “Belə hallar olub. Elə xəstə olub ki, 20 min xəstəxanaya borcu qalıb. Nə etmək olardı? Bəzi xəstə olub ki, əməliyyat edilib, amma pul almamışam. Bilmirəm həmin pulu ödəyiblər, ya yox. Mənim klinikadan indi də 11 min manat alacağım var”.

Şahid istintaqa ifadəsini təsdiq etdiyini deyib.

Daha sonra şahid qismində Gülarə Bağırova dindirilib. G.Bağırova deyib ki, paralel olaraq 5 saylı doğum evində işləyib. Şahidə işlədiyi müddətdə maaş alması ilə bağlı suallar verilib. O qeyd edilib ki, klinikada doğuş əməliyyatlarına görə pul alıb. Amma rəsmi maaşı olmayıb və orada müqavilə əsasında işləyib.

G.Bağırova hazırda kartla da onlara maaş verildiyini deyib. Şahid doğuşdan 50 faizə qədər ödəniş aldıqlarını söyləyib. O, doğuş əməliyyatları əvvəllər 1250-1650 manat arasında dəyişdiyini qeyd edib: “Son aylarda ödənişlər 1000 manata qədər azalıb”.

Klinikanın mühasibatlığında işləyən Günel Abbasova da şahid qismində dindirilib. O söyləyib ki, işi, sadəcə olaraq, daxil olan xəstələrin verdikləri qəbzlərin sayını yoxlamaq olub.

G.Abbasovanın Leyla Şıxliniskaya ilə yaxın münasibətlərinə görə işə götürüldüyü məlum olub. O, işə mühasib kimi götürüldüyünü, ancaq ixtisasca kimyaçı olduğunu deyib.

Şahid mühasibatlıq işini bilmədiyini qeyd edib.

Suallara cavab verən G.Abbasova baş mühasib Ş.Abbasovanın göstərişi ilə bəzi sənədlərin məhv edildiyini deyib: “Həmin sənədlər “qara” sənədlər idi. Şəhla Abbasova dedi ki, dövlətdən yayınmış sənədlərdir. Həmin sənədlər audit gələndə məhv edilib”.

Klinikanın baş mühasibi olmuş, hazırda təqsirləndirilən şəxs Ş.Abbasova Günel Abbasovaya belə bir göstəriş verə biləcəyini təsdiqləyib: “Ola bilsin ki, demişəm. Amma dəqiq xatırlamıram”.

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zamanı Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL