Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Şin gətirənlər yenə gömrüyün önünə toplaşdı

Tarix:17-01-2018, 15:50 Baxış Sayı:156

Şin gətirənlər yenə gömrüyün önünə toplaşdı

Ölkəyə xaricdən işlənmiş avtomobil şinləri (təkərləri) gətirən şəxslər yanvarın 17-də yenidən Dövlət Gömrük Komitəsinin binası önünə toplaşıblar.

Onlar yenə bildiriblər ki, ölkəyə gətirilən köhnə şinlərə görə gömrük rüsumu 3 dəfə qaldırılıb. İş adamları vurğulayıblar ki, bu, bizneslərini tam səmərəsiz hala gətirib. Demələrinə görə, bəzilərinin köhnə şinlərlə dolu konteynerləri gömrükdə qalıb.

Adının çəkilməsini istəməyən şəxslərdən biri deyib: ​«Bu gün Prezident Administrasiyasının qarşısında da olduq, amma bizlərlə maraqlanan belə olmadı. Odur ki, yenə də Komitənin önündə toplanmağa qərar verdik».

Sahibkarlar yanvarın 15-də də Prezident Administrasiyasının qarşısına toplaşmışdılar. Onda onları qəbul edən olsa da, görüşdən razı qalmamışdılar.

Ölkəyə şin gətirən sahibkarlar bundan öncə də Dövlət Gömrük Komitəsinin (DSK) önündə aksiya keçiriblər.

Bu dəfə Komitədən ölkəyə şin gətirənləri qəbul edən olmayıb. Amma Komitənin binasından çıxaraq özünü təqdim etməyən bir şəxs iş adamlarına bir qədər sonra gəlmələrini tövsiyə edib. O vurğulayıb ki, şin gətirənlərə «söz» deyiləcək.

DGK-nın münasibəti

DSK mətbuat xidməti bir neçə gün öncə bu məsələ ilə bağlı məlumat yaymışdı. Həmin açıqlamaya görə də, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi 500 saylı qərarla bu il yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

«Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər», – məlumatda vurğulanır.

Dövlət Gömrük Komitəsi bildirirdi ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL