Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Almaniyada Azərbaycana deport edilməli olan ailə miqrasiya bürosunun əməkdaşlarını girov götürüb. AzEuroNews.com–un məlumatına görə, hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində 49 və 53 yaşlı azərbaycanlı cütülüyün yaşadığı qaçqın yataqxanasına gələn Miqrasiya bürosunun (Ausländerbehörde – almanca) əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.
Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı ilər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müdət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deport qərarı çıxarıb.
Qərarın icrasını yerinə yetirən Miqrasiya bürosu və polis əməkdaşları ailə başçısnın və xanımının fiziki təzyiqinə məruz qalıblar.
Qəfildən əl atıb polis əməkdaşlarından birinin xidməti silahını ələ keçirən azərbaycanlı ailə başçısı onları girov götürdüyünü bildirib. Bu zaman evdə olan polis və təcili yardım briqadasının əməkdaşları qaçıblar. Xanımı mətbəx bıçağını götürərək özünə xəsarət yetirməyə başlayıb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları azərbaycanlı ailə başçısının əlindən silahı almağı bacarıb.
Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.
Hazırda faktla bağlı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.